Elçin Əzimli

Elçin ƏzimliDan Ulduzu yazarı
Yazar
9.3/10
13 Kişi
131
Okunma
31
Beğeni
3.127
Görüntülenme
388 syf.
·
Puan vermedi
·
142 günde okudu
"Çağrı" - Elçin Əzimli
Yazıçının oxuduğum 2-ci kitabı idi. Bu kitabda da həyati mətləblərə toxunulur, və bu həyatda düzgün yaşamağın yolları insana aşılanır. Əsərin qəhrəmanı Çağrı çox çətinliklərlə üz-üzə qalır, çox sınaqlardan keçir və ən sonda özünə - ruhuna gedən yola qovuşur. Əslində insan da çətinliklər gördükcə püxtələşir, daha dözümlü, möhkəm iradəli birinə çevrilir bu həyatda. Çünki sonda varacağı yer özü olur, və bu inkişaf yolunda daim özünü təkmilləşdirən, öz ruhunun ehtiyaclarını bilən insan ən xoşbəxt varlığa çevrilir. Həm tarixi, həm də həyati hadisələrin cərəyan olunduğu möhtəşəm bir əsər idi, deyərdim və inanıram ki, belə əsərlərin sayı çox olacaq.
Çağrı
Çağrı
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202355 okunma
Reklam
Oxuyan, oxuduğunu anlayan və anladığını həyatına tətbiq edənlər özlərini dəyişməklə, oxumayanlar isə başqalarını dəyişməklə məşğuldur.
"Alim olmaq üçün hər gün nə isə öyrənə və dünyagörüşünə nə isə əlavə edə bilərsən. Ancaq müdriklik qazanmaq üçün hər gün nədənsə imtina etməlisən".
Zaman ötdükcə, dövran dəyişdikcə Xəzər də dəyişdi, qucağında bəslədiyi Bakı da. Bu dəyişən dövranda zamana boyun əyməyərək əvvəlki kimi qalan təkcə qağayılar oldu..
Yaşamaq, düşünmək və sevmək üçün gözəl gündür, elə deyilmi?!
Reklam
Müdriklik çatılası mənzil deyil, öyrənmək və dərk etmək yolunda atılan gündəlik addımların, büdrəmələrin və yenidən ayağa qalxıb yola düzəlməyin özüdür. Müdriklik, sadəcə, düz addımlarla ölçülmür, o atılan çoxsaylı səhv addımları düz addımlara çevirmək bacarığıdır. Müdriklik hiss etmək bacarığıdır. Müdriklik başqalarının görə bilmədiyini görmək bacarığıdır, bəzən bunun üçün iki göz kifayət etməyə bilər.
- Həyat eşqi, ümidlər, arzular, xəyallar, inam, cəsarət - bunların ömrümüzə yaydığı işığı heç nə söndürə bilməz.
Unudurlar ki, biz bu dünyaya alim olmağa deyil, insan olmağa gəlmişik və alimliyimiz insanlığımıza mane olmamalıdır.
Bugünkü həyatımız beynimizə keçmişdə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan narazı qalmaq istəmiriksə, vaxtında düzgün toxum səpməliyik. Çünki qanqal toxumundan qızılgül cücərmədiyi kimi, mənfi düşüncələrdən də xoşbəxt həyat yaranmaz.
Reklam
Həyatda təsadüfi heç nə yoxdur. Sizə göndərilən insanların - yaxşı və ya pis insan olmasından asılı olmayaraq, hər birinin həyatınızda öz missiyası var.
Gözəl ruhun var, dostum. Bəslə və qoru içindəki o sevgi yuvasını. İnsanın həyatda sahib olduğu ən böyük var-dövlət sevgi ilə yoğurulan ruhudur, bunu unutma. O, elə bir zənginlikdir ki, paylaşdıqca çoxalır, daha da gözəlləşir. Əmin ol ki, hər səhər bu sahildən dünyaya yaydığın sevgi enerjisi itməyəcək və həyatın gözəllikləri sevginin təzahürü şəklində geri qayıdaraq, yenidən ruhuna axacaq. Bu dünyanın ədaləti heç nəyi əvəzsiz qoymur - hər şeyin geci-tezi var. Hər kəs əkdiyini bir gün mütləq biçəcək.
Xoşbəxtlik-başqalarının qulaq asıb-asmamasına fikir vermədən quşlar kimi öz nəğməni oxuya bilməkdir.
Dan ulduzunun ən parlaq göründüyü vaxt gecənin ən qaranlıq anı sayılan günəşin doğmasına yaxın vaxtdır, dan yeri məhz o vaxt sökülməyə başlayır.
356 syf.
8/10 puan verdi
·
8 günde okudu
Dan Ulduzu
Dan Ulduzu
Son zamanlar oxuduğum çox maraqlı kitablardan biri. Yəqin ki, kitabın belə təsirli olmasına yazıçının öz sahəsindəki uğurlu və bacarıqlı şəxs olması və bu bacarığının əsərə təsirsiz ötüşməməsidir. Əslində kitabın mövzusu - özünüinkişaf və bununla əlaqəli şaxələnmiş fikirlərdən irəli gələn məsələlərdir. Hadisələr bir gəncin dəniz sahilində tanımadığı bir nəfərlə qarşılaşması ilə başlayır. Çətin dövrlərdən keçən və cürbəcür narahatedici fikirlərin astasında qalan bu gəncin eşitdiyi cümlələr və dərin izahlar qarşısında həyatında yeni səhifə açılır. Kitabın son səhifələrinə kimi maraqlı fikir mübadiləsi bir-birini əvəz edir. Digər özünüinkişaf yönümlü kitablardan fərqli olaraq sadəcə təkrarlanmış “söz yığınından” ibarət deyildi. Oxumağı tövsiyyə edirəm.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201976 okunma
Resim