- Mən, bilirsənmi, hansı insanları xoşbəxt gördüm?
- Hansıları?
- Səhərlər işə, axşamlar evə tələsənləri. O insanları ki, axşamlar evdə yolunu gözləyəni, sabahlar yola salanı var.
- Ehtiyatlı ol, üstünə çay dağılmasın. Özüm bu kitabı sonuncu dəfə nə vaxt oxumuşam, yadıma gəlmir. Mənə babam və nənəm oxuyardılar. Böyüyəndə onlarsız bircə dəfə oxudum, onda da bitirə bilmədim. Kədərlənib örtdüm.
-Təzə də bir gün köhnələcək. Bütün dəyərli əşyaları, yaxşı münasibətləri, dostluq əlaqələrini qorumaq lazımdır.
Ra soruşdu:
- Niyə?
- Ona görə ki köhnəldikcə xatirələrlə zənginləşir, dəyərli və əziz olurlar.
Kitabları çox sevirəm, öz kitablarımısa bütün kitablardan çox. Meşədə ən nəhayət palıd ağacına köçüb böyük kitabxana toplayacağam. Kitabları qorumaq lazımdır. Onlarsız həyat darıxdırıcı və mənasız olar.