- Mən, bilirsənmi, hansı insanları xoşbəxt gördüm?
- Hansıları?
- Səhərlər işə, axşamlar evə tələsənləri. O insanları ki, axşamlar evdə yolunu gözləyəni, sabahlar yola salanı var.
Bu gün kitab oxuya bilməsəm də, (avtobusda oxuduğum bir neçə səhifəni saymasaq) zehnimin dincəldiyi bir gün keçirtdim. Əlbəttə ki, qızımla. "Kitab qurdu" yarışının bu günkü marafonunda BUKNİK var idi. Yazıçılar, layihə rəhbərləri, psixoloqların iştirakı ilə möhtəşəm tədbirdə uşaqların əyləncəsini də unutmayan hər kəsə minnətdaram. SimArt layihəsinin heyət üzvləri, təşkilati dəstəyi ilə "Bilim Bakı" rəhbərliyi və könüllüləri günü daha maraqlı etməyi bacarmışdı.
Fotolar;
1. Bilim Bakı rəhbəri Ahmet Köse
2. SimArt layihə rəhbəri, eyni zamanda hekayələrə və nağıllara səsi ilə həyat verən, Yaşar Kamal.
3.
Sevinc Elsevər
Tədbirdə "Valideyn saatı" hissəsi də var idi. O qədər səmərəli keçdi ki, ruhum dincəldi.
Yalnız kitab oxumaqla deyil, eyni zamanda o kitablara ruhu toxunanlarla da vaxt keçirtmək insana həyat verir.
Evə yorğun gələn vücudum, dincəlmiş zehnimə minnətdardır.
- Ehtiyatlı ol, üstünə çay dağılmasın. Özüm bu kitabı sonuncu dəfə nə vaxt oxumuşam, yadıma gəlmir. Mənə babam və nənəm oxuyardılar. Böyüyəndə onlarsız bircə dəfə oxudum, onda da bitirə bilmədim. Kədərlənib örtdüm.
-Təzə də bir gün köhnələcək. Bütün dəyərli əşyaları, yaxşı münasibətləri, dostluq əlaqələrini qorumaq lazımdır.
Ra soruşdu:
- Niyə?
- Ona görə ki köhnəldikcə xatirələrlə zənginləşir, dəyərli və əziz olurlar.