Elgüsel İletileri
Elgüsel iletilerini, Elgüsel okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.Kitablar ruhun, görüşlər isə zehnin qidasıdır.Bu gün kitab oxuya bilməsəm də, (avtobusda oxuduğum bir neçə səhifəni saymasaq) zehnimin dincəldiyi bir gün keçirtdim. Əlbəttə ki, qızımla. "Kitab qurdu" yarışının bu günkü marafonunda BUKNİK var idi. Yazıçılar, layihə rəhbərləri, psixoloqların iştirakı ilə möhtəşəm tədbirdə uşaqların əyləncəsini də unutmayan hər kəsə minnətdaram. SimArt layihəsinin heyət üzvləri, təşkilati dəstəyi ilə "Bilim Bakı" rəhbərliyi və könüllüləri günü daha maraqlı etməyi bacarmışdı.
Fotolar;
1. Bilim Bakı rəhbəri Ahmet Köse
2. SimArt layihə rəhbəri, eyni zamanda hekayələrə və nağıllara səsi ilə həyat verən, Yaşar Kamal.
3. Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı? kitabının müəllifi Amin Sükut
4. Buku, Qaranlıq və Toki kitabının müəllifi Fatimə Alxaz
5. Bir Yarpağın Arzusu kitabının müəllifi Xəyalə Murad
6. Yumağın Macəraları kitabının müəllifi Elgüsel
7. Novruz Nağılı kitabının müəllifi Sevinc Elsevər
Tədbirdə "Valideyn saatı" hissəsi də var idi. O qədər səmərəli keçdi ki, ruhum dincəldi.
Yalnız kitab oxumaqla deyil, eyni zamanda o kitablara ruhu toxunanlarla da vaxt keçirtmək insana həyat verir.
Evə yorğun gələn vücudum, dincəlmiş zehnimə minnətdardır. Kitabda mən varam:))Payız gələndə havalar çox soyuyardı. Axşamlar Yumaq yuvasını səliqəyə salar, yuyunar, dişlərini yuyub sevimli pijamasını geyər ulu babasından qalma yellənən taxta kreslosunda oturar, nənəsinin toxuduğu yun şərfi də dizlərinin üstünə salıb kitab oxuyardı.
Yumağın Macəraları