Elirza Penahiyan

Necə Kamil Namaz Qılaq? yazarı
Yazar
7.9/10
20 Kişi
56
Okunma
34
Beğeni
2.238
Görüntülenme

Elirza Penahiyan Sözleri ve Alıntıları

Elirza Penahiyan sözleri ve alıntılarını, Elirza Penahiyan kitap alıntılarını, Elirza Penahiyan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Kamil namaz heç də namazdan ləzzət almaqla əlaqəli deyil
Namaz ilk mərhələdə Allaha aşiqlik deyil.Namaz əvvəldə mənəvi ləzzət nail olmaq deyil, özünü çətinliyə salmaqdır.Allah-Taala yolun əvvəlində,bizim Onun aşiqi və Onu tanıyan olmadığımızı bilirdi.Bilirdi ki,hələ qırx il ibadətdən sonra onunla ünsiyyətin şirinliyini tədricən hiss edə biləcəyik.Buna görə də bizə belə göstəriş verib,amma elə təsəvvür edirik ki,yalnız ləzzət aldığımız zaman namazımız kamildir.
Sayfa 31 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Allahın əzəmətinin dərkinin yolu isə kamil namazdan keçir
~ İnsan bu dünyada Allahın əzəmətini necə dərk edə bilər? Əlbəttə ki,"kamil namaz"ın köməyi ilə. ~
Sayfa 44 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Reklam
Əgər eşq və məhəbbətin atəşi bir kəsi yandırmazsa, tonqalda isinməyə (maddi odun hərarətinə) pənah aparar. Əgər bir kəsin vücudunu məhəbbət və iman şərabı isitməzsə, üzüm şərabından (maddiyyatdan) pənah umar. Gör sənin vücudunu hansı od yandırır? Sənin gənclik enerjin harada və nəyə sərf olunur?
Ləzzət sonranın işidir,ilk iş nəfsi ayaqlamaqdır
Adam olmaq istəyən şəxs əvvəlcə öz nəfsi ilə mübarizə aparmalıdır.Bu iş əvvəldə ləzzətverici deyil.Allah da müəyyən bir ibadət nəzərdə tutaraq ondan ləzzət almamağı təklif edib.Təbii olaraq,namazın təkrarlanması onun ləzzətini aradan aparır.Allah-taala bu təkrarlanan çətinlik və xoşagəlməzliklərin arasında insanın islah olması,inkişaf edib yüksəlməsini istəmişdir. Əgər yolun əvvəlində namazdan ləzzət almaq istəsən, inkişaf etməzsən...
Sayfa 34 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Namaz nə üçündür? Səni tərbiyələndirmək üçün.
Sayfa 37 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
❝ Allaha məhəbbət və eşq Onun əzəmət məqamına nəzər salmaqla başlayır. ❞
Sayfa 47 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Reklam
Bölüm:İnsan ruhunun tənzimlənməsi
İnsan ruhu gündəlik yaşayışın gedişatında sıradan çıxır, çaşqınlığa düçar olur və tənzimatı pozulur. 𝑵𝒂𝒎𝒂𝒛 𝒊𝒏𝒔𝒂𝒏 𝒓𝒖𝒉𝒖𝒏𝒖 𝒕ə𝒏𝒛𝒊𝒎𝒍ə𝒚ə𝒏 𝒂𝒗𝒂𝒅𝒂𝒏𝒍ı𝒒𝒅ı𝒓. Əgər yaddaş zəifliyi,məyusluq,əsəbi olmaq və bu qəbildən olan əksər ruhi xəstəliklərə düçar olduğunu görsən,hər şeydən əvvəl namazını araşdır ,gör onda hansı çatışmazlıq var.
Sayfa 22 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
"Niyə təkəbbür insanın qəlbində gizli qalır?" sualının cavabı elə də çətin deyil. Ruhumuzda mövcud olan gizli təkəbbürə nə zaman əhəmiyyət verməsək, o zaman onu görməyəcəyik. Yəni onu görmək istəmədiyimiz müddətdə görməyəcəyik. Bu, çox sadədir. Biz ruhumuzu əsir alan təkəbbürə əhəmiyyət verməli və onu tapmaq üçün tez-tez ruhumuzu silkələməliyik. Doğrudur, insanlarda təkəbbürün hədd və dərəcəsi müxtəlifdir, amma olmaması əsla mümkün deyil.
Bizə təkəbbürlü insanlarla mübahisə etməməyi göstəriş veriblər, çünki onlar heç vaxt qane olmazlar. Belə insanlar, onlara nə deyildiyini heç vaxt anlamaz və ya qulaq ardına vurarlar. Təkəbbürlü insanın düşüncə və zehni elə bir nöqsana düçar olar ki, haqq sözün müqabilində heç vaxt təslim olmaz və haqqı müəyyən edə bilməz.
Qəlb dünya məhəbbətindən tamamilə boş olmadiqca Allahın məhəbbəti orada qərar tapmaz.
Sayfa 22 - İbrət nəşrləriKitabı okudu
71 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.