– Kaş oğlan burada olaydı, – ucadan dilləndi.“Amma oğlan burada yoxdur, heç olmayacaq da, –qoca düşündü. – Yaxşısı budur, özünə güvən. Nə qədər qaranlıqdır, işə giriş, axırıncı kəndiri də çıxart, kəs, ehtiyat kəndirlə düyünlə”.
“Öz-özümlə danışmağımı kənardan eşitsələr, yəqin ki, başıma hava gəldiyini güman edərlər”, – o, hələ də çapalayan tunesə baxıb dedi. – Hərgah, doğrudan da havalanmamışamsa, onda öz-özümlə danışmağım kimin nəişinə qalıb?