Ferman Zeynalov

Ferman ZeynalovPractical English Phonetics (Book I) yazarı
Yazar
8.0/10
11 Kişi
4
Okunma
4
Beğeni
834
Görüntülenme

Hakkında

Fərman Hüsən oğlu Zeynalov - 29 yanvar 1944-cü ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Həsənqaydı kəndində kolxozçu ailəsində anadan olub. O, Hacılı yedillik və Şükürbəyli kənd orta məktəblərini bitirdikdən sonra, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub. (Hazırkı Azərbaycan Dillər Universiteti ). O,institutda oxuduğu zaman hərbi xidmətə çağrılıb (1963). Hərbi xidməti başa vurduqdan sonra (1966), yenidən doğma instituta qayıdıb, təhsilini davam etdirib. İnstitutun 1969-cu ildə əla qiymətlərlə bitirdiyindən İnstitut Elmi Şurasının qərarı ilə o, institutda müəllim saxlanılır. O, 1969-cu ilin sentyabrından fonetika kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 1984-cü ildə Tbilisi Dövlət Universitetində “İngilis və Azərbaycan dillərində cümlə vurğusunun fonetik xüsusiyyətləri müqayisəli təhlili (rus dilində) mövzusunda (10.02.04 – German dilləri 10.02.06 Türk dilləri ixtisasları üzrə) namizədlik dissertasiya işini uğurla müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. F.H.Zeynalov 1992-ci ildə dosent elmi adı almışdır. Namizədlik dissertasiyasının müzakirəsində çıxış edən keçmiş postsovet məkanında tanınmış türkoloq f.e.d. prof. N.N.Canaşi dissertasiya işinin bir cəhətini xüsusi olaraq qeyd etmişdir ki, “cümlə vurğusu” anlayışını ilkin olaraq Türkologiyaya Fərman Zeynalov gətirmişdir və onun ingilis dili ilə müqayisədə hərtərəfli izahını vermişdir.Fərman Zeynalov 2001-ci ildə “Dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu” adlı doktorluq dissertasiyasını müdafiə etmiş və 2003 – cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-in qərarı ilə ona filologiya elmləri doktoru elmi dərəcəsi adı verilmişdir. O, 2007-ci ildə ingilis dilinin fonetikasında professor vəzifəsinə seçilmişdir. 2008-ci il oktyabr ayından kafedra müdiri vəzifəsində işləyir. Fərman müəllim Amerikada nəşr olunan “Babylon-Azərbaycan” , Bakı Dövlət Universitetində nəşr olunan “Dil və Ədəbiyyat” jurnallarının redaksiya heyətinin üzvüdür. Azərbaycanda ilk dəfə nəşr olunan “Azərbaycan Xarici dillər” jurnalının isə baş redaktorunun müavinidir.Fərman müəllim respublikada tanınmış bir dilçi, mütəxəssis kimi ADU-nun nəzdində doktorluq və elmlər namizədi alimlik dərəcəsi almaq üçün D.02.081 dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür. O, 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya elmləri üzrə ekspert olmuşdur.Fərman müəllim 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “ XX əsr Azərbaycan Ziyalılar ” Beynəlxalq layihənin qalibi olmuş və “ XX əsr Azərbaycan Ziyalısı ” Beynəlxalq diplomu ilə təltif olunmuşdur.2014 – cü ilin mart ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “ Qabaqcıl Təhsil İşçisi ” adına layiq görülmüşdür.
Tam adı:
Zeynalov Fərman Hüsən oğlu
Unvan:
German dilleri mütehassısı, filolog.
Doğum:
Cebrayıl, Azerbaycan, 29 Ocak 1944

Okurlar

4 okur beğendi.
4 okur okudu.
19 okur okuyor.
47 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok