Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Hamid Piriyev

Hamid PiriyevŞanapipik Haqqında Mahnı yazarı
Yazar
Çevirmen
7.7/10
6 Kişi
8
Okunma
2
Beğeni
482
Görüntülenme

En Beğenilen Hamid Piriyev Sözleri ve Alıntıları

En Beğenilen Hamid Piriyev sözleri ve alıntılarını, en beğenilen Hamid Piriyev kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Alıntılar
Fikir vermişəm, həqiqi din üçün çalışanlar azdır. Çoxusu ad üçün əlləşir; filankəs məşədidir desinlər deyə. Mənimsə ən çox şanapipiklərdən xoşum gəlir. Şanapipikləri görən kimi baharın gəldiyini bilirəm. Uşaqları qorxutmaq öyrətməkdən daha asandır... (səh.10) Düzü, bu şeytan söhbətinə inanmasam da, ürəyimdə xal qalmışdı. Amma tezliklə başa düşdüm ki, şeytan bizim içimizdədir, onun ağacda-zadda nə azzarı var? (səh.10) ...Yenə həmin sarayaoxşayan sahibsiz evə baxdım. Haçansa pulum olsa elə bir ev tikdirəcəyəm. Amma yox, varlı olmaq istəmirəm. Pul çox adamları dəyişib. Həm də ki, pul bir çox bədbəxtliklərin başlanğıcıdır. Mən xoşbəxt adamam. Çünki heç vaxt pulum olmur... Yaxşı şeylər pis şeylərin əvəzidir, təsəllisidir. Bəs hər şeyi pis olanlar neyləsinlər. (səh.13)
Evimizin damındakı şiferlərin altı boydan-boy sərçə yuvalarıdır. Evimizin damı dövrələmə sərçə evləri ilə doludur. İl boyu damımızdan sərçə, evimizdən sərçə səsi əskik olmaz. Gözümü açıb sərçələri həyətimizdə görmüşəm. Onlar mənimçün ailə üzvü kimi bir şeydir. Haçansa sərçələr həyətimizdən uçub getsələr, darıxaram.
Sayfa 19 - Alatoran yayınlarıKitabı okudu