Bitirdim əsərini. Ya da o məni bitirdi, əmin deyiləm. Boğazım quruyub. Su içsəm, pis olmazdı. Amma içmək istəmirəm. Keçməyəcək, bilirəm. Ən azından indilik.
Sənə xitabən yazdım bunu, çünki səndən nifrət etdiyimi demək istəyirəm. Bilirəm ki, bu sənin üçün çox da böyük anlam daşımayacaq, lakin mənə fərq etmir. Məndən kilometrlərlə uzaqda, illər