Əhmədov Elbrus Misir oğlu 1944-cü il avqustun 7-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1959-cu ildə Ağcabədi şəhər 5 nömrəli orta məktəbini bitirib. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Həmin il AEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olub. Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq bilinib.
Əhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi olan Əhməd Elbrus yüzlərlə kitabın redaktoru və tərtibçisi idi. Ömrünün sonuna qədər özünün qurucusu оlduğu ilk müstəqil “Qorqud” və eləcə də “Bəstəkar” nəşriyyattlarının təsisçisi və baş direktoru olub. O, Azərbaycanda ilk rəngli “Dədəm Qorqud” qəzetinin yaradıcısı və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvi idi. “Riyazi poetika” və “İnam və idrak poetikası” adlı 970 səhifəlik kitabı dünyanın bir sıra ölkələrinin böyük alimləri tərəfindən riyazi poetikanın kəşfi kimi qiymətləndirilmişdir.
Əsərləri:
“İnsan əfsanəsi”. B., “Yazıçı”, 1982, 180s, 10 000 nüs.
“Etibarım”. B., “Gənclik” 1971,38s, 5000 ns.
“Günəş nəğmələri”. B., “Gənclik”, 1977, 104s, 5000 nüs.
“Ölməzlik”. B., “Yazıçı”, 1992, 292s, 5000 nüs.
“Ömür yolu”. B., “Yazıçı” 1979., 121s, 10 000 nüs.
“Uçun, durnalar”. B., “Azərnəşr”, 1966, 32s, 5000 nüs.
“Üçüncü addım”. “ Azərnəşr”, 1974, 89s, 5000 nüs.
“İnam və idrak poetikası”. B., “Bəstəkar”, 2006, 970s, 10 000 nüs.