Holli Şindler

Holli ŞindlerElə Tünd Göy Ki yazarı
Yazar
7.7/10
13 Kişi
28
Okunma
0
Beğeni
544
Görüntülenme
Qoy sizə bir söz də deyim. Ambulansın içini heç vaxt öz gözlərinizlə görmək istəməzsiniz. Orada olmaq o deməkdir ki, bütün dünya baş-ayaq olub. Ambulansda olmaq o deməkdir ki, ölüm qapınızın ağzında rəqs edir.
Sayfa 203Kitabı okudu
sərbəst şeir ən gözəli:)
Sağlam şüur ciddi vəzni və qafiyə sistemi olan bir sonetdir...Mənim beynim isə sərbəst şeirdir.
Sayfa 108
Reklam
Mənə nə olub belə? Niyə belə ürəkdən gülürəm? Elə gülürəm, guya həyatımda heç bir problemim yoxdur. İnsan nə qədər arsız olarmış!
Sayfa 221
Bir məsələ də var ki, hər kəs qəhrəman deyil. Hər birimiz başqa birimizin həyat hekayəsində az da olsa rol oynayırıq.
Sayfa 159
Əgər bu dünyada məni sevən biri olsaydı, Onu axtarıb tapardım- Korlar əlləri ilə axtarıb tapdığı kimi. Əgər qaçıb getməyə bir yerim olsaydı, Quş kimi qanad açıb uçardım ora.
Sayfa 106
ruhən ölürəm başa düşürsünüz?
Ola bilsin ki, hərfi mənada yox, ruhən ölüm.Başa düşürsünüz? Bu vaxtadək tanıdığım mən yox olacaq, bir daha gözə görünməyəcək. Bəs ondan sonra nə olacaq?
Sayfa 159
Reklam
"Belə başa düşürəm ki, ədəbi tənqid dietik lif kimidir, heç vaxt artıqlıq etmir".
Sayfa 84
-Niyə mənə kömək etmək istəyirsən? "Çünki biz dost olduğumuz vaxtlarda həmişə "boğulan" mən olmuşam. Həmişə səndən xahiş etmişəm ki, məni dartıb sudan çıxarasan. Sən heç vaxt okeandan qorxmamısan."
Sayfa 225
hər zaman ki hallarım
"...özümü atılmış, tərk edilmiş biri kimi hesab etdim.Alimlər Plutonun planet yox, bir topa komsik zir-zibil olduğuna qərar verəndə Pluton özünü necə hiss edirdisə, mən də özümü lap elə hiss edirdim."
Sayfa 59
Reklam
Bu dünyada mənim səsimə səs verəcək heç kim yox idi. Heç kim.
Rəssamlığın başqa bir tərəfi də var. Sehirli tərəfi. Əlbəttə, ilk dəfə çəkməyə başlayanda kontrekt gözlə görünənləri çəkməlisən. Hər hansı bir şey necədirsə, onun surətini yaratmalısan. Amma bilirsən, dünyanın ən yaxşı rəssamları necə edir? Onlar bu dünyada gördüklərini yox, xəyali dünyada gördüklərini yaradırlar.
Sayfa 267Kitabı okudu
Bir dəfə hardasa oxumuşdum ki,eybəcər çiçəklər getdikcə artıb-çoxalır.Çünki hər birimiz qəşəng çiçəkləri qırırıq, ona görə də eybəcər çiçəklər sonacan qalıb toxumlayır və tədricən bütün dünya eybəcərləşir.Səbəbkar da çiçəkləri qıranlardır.
Sayfa 41
"Anan burda eziyyet çekir, amma sen hec ne ede bilmirsen."
Sayfa 171Kitabı okudu
-Deyirlər ki, qadınlar tez-tez fikirlərini dəyişirlər. Bu, səhvdir. Hər gün bir məzhəbə qulluq edən kişilərdir, qadınlar yox. Bilirsən, oğlanlar nə deyir? "Bura bax, bundan sonra səninlə bir yerdə olmaq istəmirəm." Heç bilirsən, onlar bu sözləri nə vaxt deyir? Qadınların şirəsini çəkəndən sonra. Yadına düşür mü, neçə illər qabaq içində maye olan ucuz şirniləri sorurduq? Şirnilərin içindəki şirin maye qurtaran kimi əlimizdə mum qalırdı. İçi boş mum. Bax, oğlanlar da qızların şirəsini elə sorur, sonra da onları atıb başqa qız-içində şirin maye olan qızları axtarırlar.
Sayfa 101Kitabı okudu
Resim