Həsən Həsənov

Həsən HəsənovBirinci Respublikaya Aparan Yolda yazarı
Yazar
10.0/10
1 Kişi
8
Okunma
0
Beğeni
329
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

8 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
“ Məndən əvvəl bura Molotovun otağı olub, - o dedi, - sonra uzun illər boş qalıb, 1982-ci ilin dekabrından isə burada mən işləyirdim “.
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
544 syf.
8/10 puan verdi
·
7 günde okudu
Müstəqil Azərbaycanın ilk diplomatik çağırışları
İlk olaraq onu deyə bilərəm ki, həqiqətən də kitab axıcıdır, öyrədicidir və maraqlıdır. Həsən Həsənov kitab boyunca oxuyucunu BMT yanında daimi nümayəndəliyə rəhbərlik etdiyi dövrlə tanış edir. Beləliklə, biz müstəqil Azərbaycanın ilk diplomatik heyətini, missiyasını və fəaliyyətini görə bilirik. Bu baxımdan, ilkləri birinci əldən oxumaq olduqca həyəcanvericidir. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin bir növ "kamera arxasını" kitabda oxumaq mümkündür. Yazmadan keçmək istəmədiyim nüans budur ki, kitabı oxuduqda Həsən Həsənovun bəzən yersiz şəkildə özünü tərifləməyə çalışması oxuyucunu narahat edir. Hətta nadir hallarda olsa belə, öz səhvlərini göstərməmək üçün reallığı dəyişdiyini də hiss etmək mümkündür. Əlavə olaraq, yazıçı çox kiçik xatirələrini belə xatırlaması və bizlərlə bölüşməsi, oxuyucuya epizodu hiss etdirməsi xoş hal idi. Daimi nümayəndəliyin harada yerləşməsindən, kabinetdə kimlərlə oturmasından özünün ABŞ-dəki istirahətinə qədər bizlərlə bölüşməsi kitabın axıcılığını və maraqlılığını yüksəldib. Qeyd etmək istərdim ki, ADA Universitetinin Elmi Şurası tərəfindən kitab bütün beynəlxalq münasibətlər tələbələrinə əlavə ədəbiyyat kimi tövsiyə olunub.
Top Gurultusu Altında Diplomatiya
Top Gurultusu Altında DiplomatiyaHəsən Həsənov · Teas Press Nəşriyyatı · 01 okunma