Həsən Seyidbəyli

Cəbhədən Cəbhəyə author
Author
8.9/10
28 People
96
Reads
7
Likes
1,420
Views

Həsən Seyidbəyli Posts

You can find Həsən Seyidbəyli books, Həsən Seyidbəyli quotes and quotes, Həsən Seyidbəyli authors, Həsən Seyidbəyli reviews and reviews on 1000Kitap.
Sən də milyonlarla adamlar kimi sülh haqqında düşünürsən, Mehdi. Lakin sülh öz-özünə yaranmayacaq!
Təsəvvür edin ki, balaca bir şəklə baxırsınız, amma gözləriniz önündə vətənin bütün mənzərəsi, bütün həyat yolları canlanır.
Reklam
Nə qədər çox risk edirsənsə, bir o qədər sevinirsən.
"Dar dalanlar, bir-birinin böyrünə qısılmış kələ-kötür evlər, həmişə bağlı qapılar... Elə bil bütün bu evlərin, qapıların üstündən iri hərflərlə: "Mənimdir!", "Özümünküdür!", "Heç kəsə dəxli yoxdur!" – sözləri yazılmışdı. Bir-birindən təcrid olunmuş, bir-birindən küsmüş, bir-birinə dal çevirmiş evlər... Nə yaxşının pisdən xəbəri var, nə pisin yaxşıdan."
308 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 9 days
"Uzaq sahillərdə" tək-tük əsərlərdən biri oldu ki, mənimçün filmi daha güclü təsir bağışladı, nəinki kitabı. Əsərdəki hadisələr ardıcıllığı oxucunu həyəcanlandırmağı və növbəti səhifələri oxumaqçün maraq doğurmağı bacarsa da, dövrümüzdə bir qədər əhəmiyyətini itirmiş bəzi dəyərlər, misalçün, yoldaşlıq, sədaqət, bir-birinə dərin bağlılıq, qoruma, sevgi, hörmət, inam kimi möfhumlar ön plana çəkilib, insan münasibətlərində nə qədər önəmli rola malik olduğu göstərilsə də, əsərdə hadisələrin və duyğuların ifadə tərzi, bədiiliyi, təsir gücü bir o qədər də uğurlu deyildi, mənə görə. Amma yenə də, buna rəğmən, oxumağa dəyərdi. Müharibənin bütün çirkin, dəhşətli, qəddar, acı gedişatına qoşulmaq məcburiyyətində qalmış Mehdinin və yoldaşlarının azadlıq, səadət, həsrət dolu qəlbini onun çəkməyə çalışdığı, amma heç vaxt tamamlaya bilmədiyi rəsmi timsalında oxumağa dəyərdi.
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
- Bu dünyanın binası yalanla qoyulub , elə hamı bir-birini aldadır, yalan satır...
Sayfa 177Kitabı okudu
Reklam
Həmin günlərin məsum xatirələrilə bu günün sərt həqiqəti arasında böyük bir məsafə vardı.
Sayfa 168Kitabı okudu
Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə... Guya elm bundan ibarət imiş.
Artıq zəmanə dəyişmişdi. İndi hər şeydən artıq gücə, zorakılığa hörmət edirdilər.
Vətənimizə soxulmuş düşmənləri təsəvvürünə gətirdi . Daha demirdi ki, Vətənin içərsində də təhlükləli düşmənlər var....
130 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.