1000Kitap Logosu
Hüseyn Əhmədov
Hüseyn Əhmədov
Hüseyn Əhmədov

Hüseyn Əhmədov

Yazar
BEĞEN
TAKİP ET
0.0
0 Kişi
2
Okunma
0
Beğeni
25
Gösterim
Tam adı
Hüseyn Mustafa oğlu Əhmədov
Unvan
Yazar
Doğum
Toxluca, Çəmbərək rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ, 17 Temmuz 1926
Ölüm
Bakı, Azərbaycan, 4 Nisan 2020
Yaşamı
Hüseyn Mustafa oğlu Əhmədov (17 iyul 1926, Toxluca – 4 aprel 2020, Bakı) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “SSRİ Maarif əlaçısı”, “Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi”, "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. Hüseyn Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illəridə öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır. Hüseyn Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra 1956-cı ildə İnstitut Komsomol Komitəsinin I katibi seçilir. 1957-1958-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hüseyn Əhmədovun pedaqoji tədqiqatları öz orijinallığı ilə fərqlənirdi. Onun fəaliyyətinə nəzər saldıqda məktəbin, təhsilin tarixindən yazmağın uzun müddət arxivdə işləmək, rus, erməni və gürcü dillərində tarixi sənədləri diqqətlə araşdırmaq, dövrün siyasi-ictimai tələblərindən baş çıxarmaq, onları dəyərləndirmək kimi keyfiyyətləri tələb etdiyini görmək mümkündür. Bu prosesdə sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək tələb olunurdu. H.Əhmədov həm də məharətli müəllimdir.Onun müəllimlik taktı həmişə auditoriyanı razı salmışdır. O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamışdır. Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Onun yalnız elmi xidmətlərinə görə aldığı adların, təltiflərin tam olmayan siyahısını nəzərdən keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. H. Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "pedaqogika elminin məharətli bilicisi" elan edilmişdir. O, zəngin və çoxcəhətli axtarışları ilə Azərbaycan pedaqoji fikrinin korifeyi səviyyəsinə yüksəlmişdir. 2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən “Uşinski”, 2011-ci ildə PTA tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və Əmək veteranıdır.2014-cü ildən təqaüdə çıxmışdır
Henüz kayıt yok