"Söhbət bütün anlaqlı həyatını biri ilə yaşayıb ömrünün bir mərhələsində onu itirməkdən gedir. Belə deyək də "azad olunur" insan. Azadlıq isə hər zaman yaxşı həyat demək deyil. Elə azadlıqlar var ki, onu heç kəs nə istəyir, nə də axtarır, dul qalmaq da belələrindən biridir."