İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
151
Okunma
37
Beğeni
2.780
Görüntülenme

İlqar Kamil Sözleri ve Alıntıları

İlqar Kamil sözleri ve alıntılarını, İlqar Kamil kitap alıntılarını, İlqar Kamil en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İftarı gözləyərkən... Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz! Elm tarixində Nyuton pərpərəsi adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ....sevin
Reklam
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...
Şair demişdi axı, bəzən adam o qədər ağlayar ki, göz yaşları da düşər gözündən
Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin! İmam Əli (ə)
Reklam
Nə az, nə çox, düz iki min yeddi yüz səksən üç ürək Azərbaycan bütöv olsun deyə dayandı. 2783 arzu ölkəmiz normal ölkə olsun deyə yarımçıq qaldı. 2783 ata, 2783 ər, 2783 oğul, 2783 qardaş biz bu torpaqlarda rahat yaşayaq deyə canlarını qurban verdilər. Odur ki bu ölkəni uçuruma aparacaq, müstəqilliyini sual altında qoyacaq hər hansı bir addım atmamışdan əvvəl 2783 dəfə düşünməliyik, düşünməlisiniz! Əks halda, bu igidlərin haqqı 2784 dəfə gözümüzdən gəlsin!
Və mən razı deyiləm “ackən sən sən deyilsən" deyən o kapitalist, publisist reklamla, əksinə, əzizim, ackən sən əsl sənsən və incikkən və əsəbiykən!
Hər axşam iftar süfrəsində oxuduğumuz duanın ilk cümləsinə baxın bir: "Allahummə ləkə sumtu..." - İlahi, Sənin üçün (!!!) oruc tutdum! Yəni, İlahi, oxumuşam, bilirəm, oruc tutmağın filan-filan faydaları var, fəlsəfəsi var, mənası var, hikməti var, dərin qatı var və sair və ilaxir...amma mən yalnız Sənin üçün, Sənin rizan, Sənin eşqin,Sənin istəyin, Sənin arzun... bir sözlə, Sən dedin, Sən əmr etdin deyə oruc tuturam, başqa söhbətlərlə də işim yoxdur.
Şəxsən mən şəhid Mübarizin hərəkatındakı sirri də bu müstəvidə axtarıram. Vətənin dar günündə artıq ürəyim dözmür, yazırdı: “Allaha xatir bunu etməliyəm, ən azından ürəyim sərinlik tapar…” Ürəyim sərinlik tapar e: yaranın dərinliyinə baxın, İlahi!
Reklam
"Məni olduğum kimi qəbul et" tələbi kim(lər)insə öz tənbəlliyinə qazandırdığı estetik bəraətdən başqa bir şey deyil.
Dərd və dərman
And olsun çarəsiz dərdlərə, bəzi dərdələrin çarəsi dərmanda deyil, başqa dərddədir.İnsanlar bunu da bilmirlər, lakin mən bilirəm.Odur ki, bəzən dərdi dərmanla deyil, başqa dərdlə müalicə edirəm
Təsəvvür edin, Tanrı da insanı tam yaradıb, lakin onun yalnız bir hissəsini - sonluqsuz variantını çıxarıb ortaya, davamını özünün yaratmasını istəyib: görək insan özü özünü (eyni şərtlər daxilində) necə yaradacaq! Yəni orijinal variant var, mövcuddur, gizlidir, lövhi-məhfuzdadır, dünyaya gətirilənsə - onun yarımçıq, sonluqsuz versiyasıdır. Əmr də belədir: vaxt getdi, buyurun, ardınızı yazın.
Qadın jesti sevir, əgər o, evin maddi təminatını kişinin ödəməsindən narahatdırsa, bu işi illah ki, özü də etmək istəyirsə, bu ona görədir ki, kişi bu məsələni zaman - zaman onun başına vurub, jest olduğunu isbatlaya bilməyib. Kişi deyəcək ki, mən min bir əziyyətlə çöldə - bayırda çörək qazanıram ki, siz rahat yaşayasınız və sən səhərdən axşama qədər isti evdə oturur, heç nə etmirsən...Qadın milləti minnəti, psixoloji təzyiqi sevmir.
Sayfa 167Kitabı okudu
Axı həyat bəzən yaxşı insanlar bir-birindən ayrı düşdüyü üçün bu qədər çətin olur
256 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.