İlqar Kamil

Yerlə Göy Arasında author
Author
8.0/10
48 People
154
Reads
39
Likes
3,209
Views

Oldest İlqar Kamil Quotes

You can find Oldest İlqar Kamil quotes, oldest İlqar Kamil book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Demək, insanı xoşbəxt edən, hədəflərinə çatmasından daha çox, uğrunda yaşayacaq, çalışacaq, vuruşacaq hədəflərinin olmasıdır.
Sayfa 131Kitabı okudu
Qadın jesti sevir, əgər o, evin maddi təminatını kişinin ödəməsindən narahatdırsa, bu işi illah ki, özü də etmək istəyirsə, bu ona görədir ki, kişi bu məsələni zaman - zaman onun başına vurub, jest olduğunu isbatlaya bilməyib. Kişi deyəcək ki, mən min bir əziyyətlə çöldə - bayırda çörək qazanıram ki, siz rahat yaşayasınız və sən səhərdən axşama qədər isti evdə oturur, heç nə etmirsən...Qadın milləti minnəti, psixoloji təzyiqi sevmir.
Sayfa 167Kitabı okudu
Reklam
Sevgi-göstərilən deyil,gizlədilə bilməyəndir
Nə az, nə çox, düz iki min yeddi yüz səksən üç ürək Azərbaycan bütöv olsun deyə dayandı. 2783 arzu ölkəmiz normal ölkə olsun deyə yarımçıq qaldı. 2783 ata, 2783 ər, 2783 oğul, 2783 qardaş biz bu torpaqlarda rahat yaşayaq deyə canlarını qurban verdilər. Odur ki bu ölkəni uçuruma aparacaq, müstəqilliyini sual altında qoyacaq hər hansı bir addım atmamışdan əvvəl 2783 dəfə düşünməliyik, düşünməlisiniz! Əks halda, bu igidlərin haqqı 2784 dəfə gözümüzdən gəlsin.
Altını xətlədiyim cümlələr
-Sevdiyin biri var? -Var. - O da səni sevir? -Нә. -Hardan bilirsən? -Hər dəfə oxuması üçün ona verdiyim kitabları geri qaytaranda arasına çiçək qoyur. -Verdiyin kitabların hamısını oxuyur? -Oxuyur. -Hardan bilirsən? - Kitabda bəyəndiyi cümlələrin altından xətt çək- diyini görürəm. -O da sənin kimi insanlığı xilas etmək istəyir? -Нә. -Hardan bilirsən? -Altını xətlədiyi cümlələrdən.
Ölümünü özü seçənlər haqqında (18.06.2010)
Sizcə, azadsınız? Təhsiliniz, işiniz, həyatınız... ürəyinizcədi? Məsələn, indi içində yaşadığınız ölkəni özünüz seçmisiniz? Bəs şəhəri? Bəs evi? Elə isə xoş halınıza! Lakin bir də ölümünü özü seçən ərənlər var Şəhidlər! Bəli, şəhidlər ölümü ürəyincə olan cəngavərlər. Məsələn, bir dəfə şəhid Mübariz məzuniyyətdə olarkən, (atası danışırmış) dostları ilə yığışıb kanala çimməyə gedirlər. Qəfil dostlardan biri ilan görür, qışqırır, burda ilan var, deyir. Bir də baxırlar, Mübariz əynini geyinir: "Uşaqlar, məni bağışlayın, mən gedirəm". Dostlarından biri təəccüblənir: "Noldu, Mübariz, qorxdun?" Mübariz fikirli-fikirli: "Dəlisən? Sadəcə burda, bu halda ölmək istəmirəm".
Geri125
256 öğeden 251 ile 256 arasındakiler gösteriliyor.