Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İmran Qasımov

İmran QasımovUzaq Sahillərdə yazarı
Yazar
8.7/10
6 Kişi
23
Okunma
0
Beğeni
627
Görüntülenme

Hakkında

Unvan:
Yazar
Doğum:
Bakı, Azərbaycan, 25 Kasım 1918
Ölüm:
Bakı, Azərbaycan, 20 Nisan 1981

Okurlar

23 okur okudu.
3 okur okuyor.
12 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Başqası tərəfindən sevildiyini bilmədən ölmək adama bir təhər gəlir.
İnsan iki ağrını eyni anda duya bilmir; az ağrıyan yerini unudur.
Sayfa 209Kitabı okudu
Reklam
İndi də Çepovani yaxınlığında böyük bir məzar daşı vardır. Bu daşın üstündə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycanın qəhrəman oğlu, bizim sevimli Mehdimiz! Sənin azadlıq naminə göstərdiyin qəhrəmalıq, dostlarının qəlbində əbədi yaşayacaqdır." Bəli, insanlar heç vaxt Mehdini unutmayacaqlar; çünki o, insanların yaşaya bilməsi, dünyanın çiçəklənməsi uğrunda həlak olmuşdu!..
Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə... Guya elm bundan ibarət imiş.
Artıq zəmanə dəyişmişdi. İndi hər şeydən artıq gücə, zorakılığa hörmət edirdilər.
2022 Cinciva Oxu Marafonu !
İnci Zadə
İnci Zadə
,
Tinuviel
Tinuviel
, @Ayan2003 'nın təşkil etdiyi 2022 Cinciva Oxu Marafonuna mən də, qatılıram. :) 📌Siyahım: 🔹️ Yanvar : "Soyuq Əllər, İsti Ürəklər" ~ Yeni il, qış, qar auralı romanlar:
"Nağıl başlananda"
Qurban: Heç eşidibsən ki, məhəbbət əvvəlcədən verilən sifarişlə gəlsin? O, əzizim, ölüm kimi bir şeydir -öz təsərrüfatını plansız aparır. səh.34
İmran Qasımov
İmran Qasımov
Reklam
"İtaliya mozaikası"
<<İstedad sakitlik içində yetkinləşir, xarakter həyatın tufanlarında bərkiyir, möhkəmlənir.>>~Göthe səh.179
İmran Qasımov
İmran Qasımov

Yorumlar ve İncelemeler

Tümünü Gör
308 syf.
9/10 puan verdi
·
3 günde okudu
Mixaylo
Çepovani (Sloveniya) yaxınlığında indi də böyük bir məzar daşı var. Bu daşın üstündə aşağıdaki sözlər həkk olunub. "Rahat yat, Azərbaycanın qəhrəman oğlu, bizim sevimli Mehdimiz! Sənin azadlıq naminə göstərdiyin qəhrəmanlıq dostlarının qəlbində əbədi yaşayacaqdır". II Dünya müharibəsi zamanı faşist ordusuna qan uddurandan, böyük
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
308 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Mixaylo...
Əsər almanların qorxulu yuxusu, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuşdur. Kitabdakı hadisələr real tarixi faktlara əsaslanır. Mehdi Hüseynzadə haqqında tarix dərslərindən öyrənmiş olduğum az bir məlumatım vardı. Həyatından bəhs edən bu kitabı oxumağa qərar verdiyim zaman "Mixaylo"nun həyatının, mübarizəsinin məni bu qədər sarsacağını, eyni zamanda həm kədərləndirib, həm də qürurlandıracağını düşünməmişdim...   Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşmüş, daha sonra düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Hitlerçilərə qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmiş, qəhrəmanlığı, mərdliyi, cəsurluğu ilə dastana çevrilmişdir.   Əsərdə Mixaylonun mərdliyi, cəsarəti, dostluğu, vətən sevgisi "parlaq boyalarla" əks etdirilib. Kitabı qürur hissi ilə oxudum. Sonu o qədər təsirli idi ki, göz yaşlarıma hakim ola bilmədim. Daha sonra "Mixaylo"nun həyatını araşdırıb, bu zamana qədər izləmədiyim "Uzaq sahillərdə" adlı filmi izlədim. Bir daha xalqımla, xalqımın igid oğulları ilə qürur duydum. Şiddətlə tövsiyyə edirəm. Xoş mütaliələr... "Mehdi kimi adamlar ancaq yaşamaq üçün doğulublar!" #194443944
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
308 syf.
7/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
"Uzaq sahillərdə" tək-tük əsərlərdən biri oldu ki, mənimçün filmi daha güclü təsir bağışladı, nəinki kitabı. Əsərdəki hadisələr ardıcıllığı oxucunu həyəcanlandırmağı və növbəti səhifələri oxumaqçün maraq doğurmağı bacarsa da, dövrümüzdə bir qədər əhəmiyyətini itirmiş bəzi dəyərlər, misalçün, yoldaşlıq, sədaqət, bir-birinə dərin bağlılıq, qoruma, sevgi, hörmət, inam kimi möfhumlar ön plana çəkilib, insan münasibətlərində nə qədər önəmli rola malik olduğu göstərilsə də, əsərdə hadisələrin və duyğuların ifadə tərzi, bədiiliyi, təsir gücü bir o qədər də uğurlu deyildi, mənə görə. Amma yenə də, buna rəğmən, oxumağa dəyərdi. Müharibənin bütün çirkin, dəhşətli, qəddar, acı gedişatına qoşulmaq məcburiyyətində qalmış Mehdinin və yoldaşlarının azadlıq, səadət, həsrət dolu qəlbini onun çəkməyə çalışdığı, amma heç vaxt tamamlaya bilmədiyi rəsmi timsalında oxumağa dəyərdi.
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma