İnqilab Vəlizadə

İnqilab Vəlizadə

Yazar
9.0/10
1 Kişi
·
1
Okunma
·
0
Beğeni
·
4
Gösterim
Yazara henüz alıntı eklenmedi.
348 syf.
·11 günde·Beğendi·9/10
Bu kitaba inceleme yapacak kadar cesur değilim malesef. Okurken yüreğim kaldırmadı, yazamayacağım okuduklarımı. Bu yüzden kitapda yer alan " son söz"ün bir kısmını buraya bırakıyorum.

....
- Əgər Kamran Bağırov 1988-ci ilin fevralında ermənilərin Azərbaycanın tərkibindən çıxıb ermənistanla birləşmək şüarı ilə küçələ çıxmasının qarşısını vaxtında alıb, günahkarları cəzalandırsaydı iş böyüyüb məcrasından çıxmayacaqdı. Etinasızlıq etdi.

- Əbdürrəhman Vəzirov Ermənistanda yaşayan iki yüz min azərbaycanlını Qarabağ torpağında yerləşdirib evlərini ermənilərdən dəyişdirməyə şərait yaratmaq əvəzinə Şuşa, Xocalı, Malıbəyli və başqa kəndlərdə yerləşən qaçqınları çıxarıb Bakıya, Şəkiyə aparmasaydı, milli tərkib dəyişiləcəkdi, qanlı qırğınlar da olmayacaqdı.

- Ayaz Mütəllimpv Bakıda öz hakimiyyətini qoruyub möhkəmləndirmək əvəzinə, diqqətini Qarabağ hadisələrinə yönəldərdi. İttifaqdan çoxlu silah və sursat miras qalmışdı, güclü də özünümüdafiə dəstələri vardı. Döyüşən qüvvələri bir yerə yığıb hücum etsəydilər, həmin vaxt ermənilər zəif idi, biri də qalmayacaqdı, qaçıb gedəcəkdilər.

- Əbülfəz Elçibəy Qarabağda müharibə gedən bir vaxtda tankın üstə hakimiyyətə gəldi. Gələcək də cəbhədə qanun - qayda yaradıb hücuma keçmək əvəzinə, könüllü müdafiə dəstələrini buraxdı, silahlar əllərindən alındı, fərarilik başlandı. Hakimiyyət isə naşı adamların arasında bölüşdürüldü. Hərə öz xeyrinə iş görməyə başladı.

- Heydər Əliyev hadisələr baş verən vaxt Respublikaya dəvət edilsə idi nüfuzundan zəhmindən bir erməni dilinə "ayrılmaq" sözünü gətirməyəcəkdi. Gec gəldi. Respublika parçalanmaq üzrə idi. Başı təxribatçılarla mübarizəyə qarışdı...

Yazarın biyografisi

Adı:
İnqilab Vəlizadə

Yazar istatistikleri

  • 1 okur okudu.