Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İnqilab Vəlizadə

İnqilab VəlizadəXocalı Faciəsi yazarı
Yazar
9.3/10
3 Kişi
5
Okunma
1
Beğeni
342
Görüntülenme

İnqilab Vəlizadə Yorumları ve İncelemeleri

İnqilab Vəlizadə yorumları ve incelemelerini, İnqilab Vəlizadə kitabı hakkındaki okur görüşlerini , İnqilab Vəlizadə puanlarını 1000Kitap'ta bulabilirsiniz.
552 syf.
10/10 puan verdi
·
29 saatte okudu
İnqilab Vəlizadə
İnqilab Vəlizadə
Salam dostlar. "Allah gözəl insanlarla qarşılaşdırsın" deyə bir dua var. Mən bu duanın hikmətini kitab dünyasında görürəm. Sizləri bugün Azərbaycan ədəbiyyatından İnqilab Vəlizadənin "Nakam Məhəbbət" romanıyla tanış edəcəm. İbrahim və Ayşənin "Nakam Məhəbbəti" mənə Ə.Hacızadənin "İtkin gəlin" əsərini xatırlatdı hardasa. Bir qadını pis gözlərdən və təkliflərdən qorunmaq üçün özünü "kişi" cildinə salmağa məcbur edən topluma bir daha nifrət etdim. Kitabın mövzusuna gəlincə də, yolları uşaqlıqda bir evdə rastlaşan, bir evin içində böyüyən Ayşə və İbrahim böyüdükcə bir-birilərinə sevgiylə bağlanır. Lakin bu sevgi İbrahimin oxumağa göndərilməsi ilə başlamadan "Nakam Məhəbbət"ə dönür. Ayşə sevdiyi adam uğrunda əziyyətlərə, çətinliklərə düşür. Qızı mentalitetin "evlilik" donu geyindirdiyi zorakılığın qurbanına çevirmək istəsələr də, Ayşə zindana düşmə bahasına da olsa, bütün çətinliklərə dözür. Sığındığı, güvəndiyi hər adamın "şərəfsizliyindən" də qorunmağı bacarır. Kitabı oxuyarkən, "kişiyəm" deyib, ortalıqda gəzən insanların nəfsi işə düşəndə necə azğın bir varlıq olduqlarının bir daha şahidi oldum. Kitabı tapıb oxumağa çalışın.. çox gözəl idi...
Nakam Məhəbbət
Nakam Məhəbbət
Nakam Məhəbbət
Nakam Məhəbbətİnqilab Vəlizadə · Qartal Nəşriyyatı · 20001 okunma