İrina İgnatevna Muravyeva

İrina İgnatevna Muravyeva

9.0/10
2 Kişi
·
4
Okunma
·
0
Beğeni
·
252
Gösterim
Adı:
İrina İgnatevna Muravyeva
Unvan:
Yazar
Kimileri yavaş-yavaş her dize üzerinde uzun-uzun düşünür. Kimilerinin düşüncesi ise yıldırım hızıyla olgunlaşır., ama onun düşüncesi de boşluktan doğmaz, daha önce edinilmiş duygu ve izlemlere dayanır.
Bu kitab uzun müddətdir ki, şəxsi kitabxanamda var idi. Digər kitablara görə, bu kitaba növbə gəlib çatmırdı. Saytda Andersen haqqında olan yazını oxuyandan sonra, kitaba marağım artdı. Beləliklə, kitabı oxumağa başladım.
Hans Xristian Andersen 2 aprel 1805-ci ildə Danimarkanın Odense şəhərində anadan olmuşdur. 4 avqust 1875-ci ildə ( 75 yaşında) Danimarkada vəfat etmişdi.
Ona ən çox nağılları məşhurluq gətirmişdir.
Kibrit satan qız
Çirkin ördək balası
Qar kraliçası
Kiçik su pərisi
Çılpaq kral
Kitab adından göründüyü kimi, Hans Xristian Andersenin keçdiyi həyat yolundan bəhs edir. Kitabın fərqli cəhəti ondadır ki, kitab sanki nağıl dilində yazılıb. Həyatı da öz əsərləri kimi nağıl dili ilə təsvir olunub. Kitab 9 bölmədən ibarətdir. Bu da yorulmadan oxumaqla nəticələndi.
I bölmə - “Qanlı quyruqlu ulduzun quyruğunda” adlanır. Bu hissədə Andersanın uşaq illərindən bəhs edilir. Bölmə atasının ölümü ilə bitir. Bu hissə də anasını və atasının düşüncə tərzləri qarşılaşdırılır. Atasının oxumağa çox böyük həvəsi olub, amma bunu reallaşdıra bilməyib.
II bölmə - “Ayaqqabıçının oğlu qəsr inşa edər” adlanır. Bu hissə öz arzularını reallaşdırmaq üçün Andersen anası və ətrafındakılarla apardığı mübarizədən gedir. Anası oxumağın övladı üçün faydalı olmayacağını düşünürdü.
III bölmə - “Sehirli Lapma Axtarışı” adlanır. Bu hissədə Odense şəhərindən, Danimarkanın paytaxtına gələn Andersenın özünə dəstəkçi axtarmasından bəhs edir. Böyük şəhərdə tək başına olan istedadlı, lakin kasıb bir ayaqqabıçı oğlunun üzləşdiyi çətinliklərdən bəhs edir.
Digər bölmələr də beləcə onun keçdiyi həyat xronologiyası üzrə davam edir. Kitabın üstün cəhəti də ondan ibarətdir ki, kitabda yazıçının əsərlərinin mövzusu da verilib.

Bu kitabdan götürdüyüm nəticə: Andersenin heç bir çətinliyə baxmayaraq, öz arzuları uğurunda necə çalışdığını gördüm. Ona edilən təhqirlər, tənqidlər, ona aşağı təbəqə kimi baxanların heç biri onu yolundan döndərə bilmədi. Bir insan öz istedadına inanırsa, ona yaratmaq üçün heçnə əngəl ola bilməz.

Yazarın biyografisi

Adı:
İrina İgnatevna Muravyeva
Unvan:
Yazar

Yazar istatistikleri

  • 4 okur okudu.
  • 1 okur okuyor.
  • 1 okur okuyacak.