İshaq İbrahimov

İshaq İbrahimovSeçilmiş Əsərləri çevirdiği kitabı
Çevirmen
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
415
Görüntülenme

Hakkında

İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984). Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olmuşdur. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilmişdir. SSRİ döyüş medalları ilə təltif olunmuşdur. 1987-ci il iyulun 5-də vəfat etmişdir.
Tam adı:
İbrahimov İshaq İbrahim oğlu
Unvan:
Tərcüməçi, Tənqidçi, Ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi
Doğum:
Bakı, Azərbaycan, 21 Şubat 1921
Ölüm:
Bakı, Azərbaycan, 5 Temmuz 1987
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok