Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əjdər Ol

6.0/10
1 Kişi
2
Okunma
1
Beğeni
97
Görüntülenme

Hakkında

Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir. Bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na (2010), Respublika Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” (2011) mükafatına layiq görülmüşdür. 2012-ci ildə Ankarada M.Kaşqarlı Beynəlxalq hekayə yarışmasının birinci mükafatçısı olmuşdur.
Tam adı:
Əjdər Feyzulla oğlu Cəbiyev
Unvan:
Şair, Publisist, Tərcüməçi
Doğum:
Hacıqabul, Azərbaycan, 17 Ağustos 1958

Okurlar

1 okur beğendi.
2 okur okudu.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Bulud bir çiçəkdən gördü, Kəpənək küləkdən gördü, Tanrı bir mələkdən gördü, canımın üzülməyini.
Əjdər Ol
Əjdər Ol
Mən gedər-gəlməzdən qayıda bilsəm, dur çıx yol üstünə, gedən gələr də.. Mən gedər- gəlməzdən dönməyib ölsəm, üzülmə, bir dənəm, adam ölər də.
Əjdər Ol
Əjdər Ol

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok