Kalman Mikszath sözleri ve alıntılarını, Kalman Mikszath kitap alıntılarını, Kalman Mikszath en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
-Ya çıkıp gidelim buradan, ya burda ölelim,ama böyle yaşayamayız.
-Bir şey yapmak gerek.
-Ne yapabiliriz? İmparator bile hakkından gelmedikten sonra Türkü biz ülkeden nasıl sürüp çıkarırız?
— Talemi? — Yaşlı adam qoca qarı kimi yenə də gözlərindən yaş axıtmağa başladı. Tale elə bir fahişədir ki, peşəsinin mahir ustası olan qadınlardan heç nə ilə fərqlənməz. Daim yeni kişilərin dalınca qaçar. Bir dəfə iş gördüyü kişiyə ikinci dəfə yaxınlaşmaq istəməz.
Yalnız Buda qaimməqamının təmsilçisi, xərac toplamaq üçün Keçkemetə gələn Xəlil əfəndi yeni bələdiyyə başçısını ziyarətə gələndə qarşısına saqqalsız bir gəncin çıxdığını görüb qaş-qabağını tökmüşdü. Vəziyyətin nə yerdə olduğunu başa düşən bələdiyyə sədri də dərhal arxasını qonağa çevirib qapını çırpmış, bir neçə dəqiqə sonra isə çavuş Pintö uzun saqqallı bir keçini darta-darta Xəlil əfəndinin məqamına gətirmişdi.
— Bu ağılsız heyvanı niyə bura sürüyürsən, imansız köpək? — deyə Xəlil əfəndi hirslə qışqırmışdı.
— Bələdiyyə sədrinin əmrini yerinə yetirirəm. Dedi ki, keçinin uzun saqqalı olduğundan zati-aliniz onunla görüşüb ixtilat etməyi daha vacib saymısınız.