1000Kitap Logosu
Əli Əmirli
Əli Əmirli
Əli Əmirli

Əli Əmirli

Yazar
BEĞEN
TAKİP ET
0.0
0 Kişi
1
Okunma
0
Beğeni
10
Gösterim
Tam adı
Əmirli Əli Məmməd oğlu
Unvan
Yazar
Doğum
Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ, 30 Ekim 1948
Yaşamı
Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr xadimləri ittifaqının üzvi, Azərbaycanın əməkdar incəsənət xadimi 2015, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor. Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirəndən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda BDU-nun fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1972). Bu dövrdə zavodun çoxtirajlı "Elektrik" qəzetində kiçik oçerk və hekayələrlə çıxış etmişdir. "Qızıl Şərq" mətbəəsində korrektor işləmişdir (1969-1971). "Azərbaycan" jurnalında (1971, N 8) çıxan "İrs", "Görüş", "Qağayı" adlı hekayələri ilə ədəbi aləmdə diqqəti cəlb etmişdir. "Meydan" romanı "Azərbaycan" jurnalında (1992, N 1-2, 3-4) dərc olunmuşdur. Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda ədəbi işçi olmuş (1971-1973), bir il əsgəri xidmətdən sonra həmin institutda redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır (1975-ci ildən). Onun "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri 1990-2003-cü illərdə Bakı teatr səhnələrində tamaşaya qoyulmuşdur. Hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb və 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Henüz kayıt yok