Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məhəmməd Hadi

Məhəmməd HadiSeçilmiş Əsərləri yazarı
Yazar
9.0/10
1 Kişi
6
Okunma
5
Beğeni
719
Görüntülenme

Hakkında

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır. Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra M.Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. M.Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmiş, oxuduğu klassik ədəbiyyat, tərəqqipərvər alim və mütəfəkkirlərin əsərləri onda yaxşı bilik ehtiyatı yaratmışdı. Böyük bir ədib olmaq arzusu ilə yaşayan gənc şair xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı.
Tam adı:
Ağa Məhəmməd Əbdlsəlim oğlu Əbdülsəlimzadə
Unvan:
Şair, Muharrir
Doğum:
Şamahı, Azerbaycan, 1879
Ölüm:
Gence, Azerbaycan, 1920

Okurlar

5 okur beğendi.
6 okur okudu.
1 okur okuyor.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Ucalmışsan göyə, amma hələ süflitəbiətsən, Gözəl yollar qayırmışsan və lakin bitəriqətsən, İşıqlı şəhrlər yapdın, özün məğlubi-zülmətsən, Deyirsən mə'rifət lazım, özün timsali-vəhşətsən, Sədaqətdən vurursan dəm, yalançı, bisədaqətsən Dilindən düşməyirkən həqq, pərəstişkari-qüvvətsən, Bu xasiyyət ki var səndə, inan ki, nasəadətsən.
Sayfa 343 - Şərq-Qərb, Bakı - 2005.Kitabı okudu
Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Reklam
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?  Dörd ildə verilmiş bu qədər can hədər olmaz, Məfkurə yolunda tökülən qan hədər olmaz, Qiymətli olan xuni-şəhidan hədər olmaz, Dul qalmış olan növheyi-nisvan hədər olmaz, Bax səs sonuna, hikməti-türkan hədər olmaz, Bədbəxt olan əğfani-yetiman hədər olmaz. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Qan ilə qazandıq zəfəri, verməriz əldən, Xof eyləmədik atəşi-dəhhaşe düvəldən Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti-əməldən, Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümlə miləldən. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Şərq QərbKitabı okudu
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Dörd ildə verilmiş bu qədər can hədər olmaz, Məfkurə yolunda tökülən qan hədər olmaz, Qiymətli olan xuni-şəhidan hədər olmaz, Dul qalmış olan növheyi-nisvan hədər olmaz, Bax səs sonuna, hikməti-türkan hədər olmaz, Bədbəxt olan əğfani-yetiman hədər olmaz. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Qan ilə qazandıq zəfəri, verməriz əldən, Xof eyləmədik atəşi-dəhhaşe düvəldən Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti-əməldən, Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümlə miləldən. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? • Şəhidlərimizin məkanı cənnət olsun...
Zəfər Günümüz mübarək!!!
Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Qan ilə qazandıq zəfəri, verməriz əldən, Xof eyləmədik atəşi-dəhhaşe düvəldən Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti-əməldən, Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Məhəmməd Hadi
Məhəmməd Hadi
youtu.be/cqltVXSH6YU?si=...
Dağa dersən eşidir, sonra verir əks-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Məhəmməd Hadi
Məhəmməd Hadi
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok