Bilirəm ki, halsız-halsız, yenə "biz"çün ağlayırsan,
Üşüyəndə təkliyindən özünü qucaqlayırsan.
Yaşarır o köhnə günlər bizə ağlayan gözündə,
Bilirəm ki, gözlərində məni gizli saxlayırsan.
Bilirəm, çətindi mənsiz... saçına sığal çəkən yox,
Daha aynasız-filansız saçını daraqlayırsan.
Səni qorxudur qaranlıq, qucağınsa kimsəsizdir,
Acıq eyləyib bu ömrə yenə dərd ayaqlayırsan.
Özünü şeirlərimlə dolu, tozlu bir kitabdan
Gecələr yatandan əvvəl oxuyub varaqlayırsan...