Məlik Cahan

Eynəkli Qız yazarı
Yazar
7.5/10
0 Kişi
18
Okunma
2
Beğeni
1.031
Görüntülenme

Məlik Cahan Sözleri ve Alıntıları

Məlik Cahan sözleri ve alıntılarını, kitap alıntılarını, en etkileyici cümleleri ve paragrafları 1000Kitap'ta bulabilirsiniz.
Nə gözəl şeirsən♡
Sənin təsvirinçün sözlər yetərsiz, Bütün misralara sevgin rəng qatır. - Mənim sevdiyimin saçları əsmər. - Mənim sevdiyimin yanağı batır. İndi uzaqlardan yazıram sənə: - Səninçün darıxdım, səni özlədim. Bütün varlığımla sevdiyim qadın, Yenə gülümsəyir gözəl gözlərin? Bir anlıq baxışın bəs edir mənə, Gözlərin ruhumun Yer çəkimidir. Gəl yığ ürəyimin parçalarını, Qəlbim dağıdılmış pazzl kimidir.
Sayfa 73
Bəzən çox doğma gələr, Səsini duymadığın, Üzünü görmədiyin, Bilmədiyin adamlar..
Sayfa 95
Reklam
Nə olsun ki, uzaqsan? Allahın hər günündə Yadıma sən düşürsən. Mənə elə gəlir ki, Hər şey yaxşı olacaq. Sən nə fikirləşirsən? Bəs sənə necə gəlir? İlin günün bu vaxtı əl-ələ tutmaqdansa dərdə tuturuq çətir. Sənsiz olduğum hər an Mənimçün ayrılıqdır. Bilirəm bu illəti, Ağrılar gecə gəlir... İki gözüm səbr elə, Səbr eləməkdən başqa Nə gəlir əlimizdən? Ayaqda qalmalıyıq Məsafələrə inad. Axı iradəmizdən Allah da gücə gəlir. Nəysə, daha gecdi ee, Dərd eləmə, düzələr, Ayrılıqdı, oldu da...
Sayfa 63
Sütunsuz şeir..
Burdan aydınca görünür, Yer kürəsi balacadı, lap balaca, qollarını aç, qucaqla. Burdan səni də görürəm, dəli şeytan deyir ki, elə indi ona tərəf qaç, qucaqla. Amma... Bütün gözəl cümlələrin "amma"sı var.
Sayfa 49
Darıxmaq..
Dəli küləklər əsər, Küləklər şəhərində. Yenə işıqlar sönər, Yenə yoxdur şamımız. Yenə yağışlar yağar, Tavandan döşəməyə. Bu qaranlıq içində, Yenə damar damımız. Yenə də darıxmağın Zirvəsinə çatarıq. Yağış... Qaranlıq otaq, Darıxarıq hamımız, Və birdən mesaj yazar: Salam, darıxmışam çox... Bizə ən uzaqdakı, ən yaxın adamımız...
Sayfa 19
Sənə dost məsləhəti, Hər zaman bir az saxla, Sevginin yanında kin. Çox danışanlardan və Çox susanlardan çəkin.
Reklam
169 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.