Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məmməd Arif

Məmməd ArifSənətkar Qocalmır yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
1
Beğeni
301
Görüntülenme

Hakkında

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, “Rus ədəbiyyatı” kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941-1950-ci illərdə burada “Rus ədəbiyyatı” kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930-1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941-1947-ci illərdə “Vətən uğrunda” (“İnqilab və mədəniyyət”, yəni indiki “Azərbaycan”) jurnalının baş redaktoru işləmişdir. Məmməd Arif 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə isə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Tam adı:
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu
Unvan:
Yazar, Çevirmen
Doğum:
Bakı, Rusiya İmperiyası, 10 Haziran 1904
Ölüm:
SSR, SSRİ, 27 Aralık 1975

Okurlar

1 okur beğendi.
1 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok