Həmişə demişəm, yenə deyirəm, Mürtəza Mütəhhəri çox bilikli, məntiqli bir filosof idi. Kitablarını oxuduqda sual yeri buraxmır insanda, özü həm sual verib, həm də cavablayır, ən əsası isə bu işi məntiqlə edir. Bu kitabı da həmçinin. Həyatın hədəfi adlı kitabında həyati vacibi məsələlərə toxunmuş, Rasseldən tutmuş, amerika prezdentinin fikrinə qədər misal çəkmiş, digər inancları misal gətirmiş, filosofların, ilahiyyatçıların, İslam alimlərinin vs şəxslərin fikirlərin misal gətirərək öz fikirlərini izah etmiş və həmin düşüncələrə tənqidi fikirlərin qələmə almışdı. Oxuduqca deyirsən ilahi, bu necə məntiqli çıxışlardı, bu necə məntiqli düşüncələrdir. Bir sözlə möhtəşəm, oxuyan heç nə itirməz, əksinə qazanar, onsuz Mürtəzanın bütün kitabları belədir. Kitabdan sitatlar az paylaşdım, səbəbi gərək özünüz oxuyasınız, çünki geniş izah verir və çox məntiqli izahlar verir.
Kitabla qalın, dərk edənlərdən olun, xoş və faydalı mütaliələr!