Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Musa es-Sadr

Musa es-SadrPeyğəmbərlərin Varisi Hüseyn yazarı
Yazar
8.0/10
7 Kişi
30
Okunma
12
Beğeni
1.179
Görüntülenme

Musa es-Sadr Sözleri ve Alıntıları

Musa es-Sadr sözleri ve alıntılarını, Musa es-Sadr kitap alıntılarını, Musa es-Sadr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Müsəlmanlar arasında incəsənət muzeylərə və ya xüsusi bir təbəqəyə məxsus olmamışdır. Daha dəqiq desək, onlar üçün incəsənət heç vaxt lüks həyat və dəbdəbəli yaşayışın göstəricisi olmayıb.
Ümmət böhranın, əxlaqi tənəzzülün, zülmkar rəhbər qarşısında əyilməyin və gümana bel bağlamağın son həddinə çatmışdı. Güclü bir təkana ehtiyaclı idi. Bu təkanı Hüseyn məhz öz fədakarlığı ilə həyata keçirdi. Bunun üçün ən münasib şəraiti seçdi və bu yolda mümkün olan ən səxavətli fədakarlığı göstərdi. Nə üçün? Sırf Allah üçün. Nə özü, nə nüfuzu, nə ailəsi, nə də şan-şöhrət üçün. Yalnız Allah üçün.
Reklam
...qələbə bizimlədir,lakin ölüm və şəhid olma bahasına...
Sayfa 24 - Parlaq İmzalarKitabı okudu
Yalnız İslamı qorumaq üçün...
Hüseyn sırf qiyam etmək marağından qiyam etmədi.O döyüşdü və öldürüldü,amma bunu müharibə və ölümə olan sevgisindən deyil, yalnız İslamı qorumaq üçün etdi...
Sayfa 22 - Parlaq İmzalarKitabı okudu
… Əgər biz sahib olduğumuz can və malı Allah yolunda, haqq yolunda, halal yolda, xidmət yolunda, quruculuq yolunda, dürüstlük, mədəniyyət, dirçəliş, başqalarının xeyri və qurtuluşu yolunda sərf etsək, bütün bunlar sonda nə ilə nəticələnəcək? Bunun nəticəsi dünya cənnətidir: “Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir”.
Reklam
Elə nəhəng bir güc meydana gətirdi ki...
"Hüseyn bütün güc və imkanlarını səfərbər etməyə çalışdı;özünü,dilini, düşüncəsini, qadın və kişi olmasından asılı olmadan bütün ailə üzvlərini,sahib olduğu hər şeyi bir yerə yığaraq tərəzinin gözünə qoydu və bununla elə nəhəng bir güc meydana gətirdi ki,bu güc vasitəsilə Əməviləri, onların saraylarını,əmirlərini, başçılarını, təbliğat vasitələri və xətiblərini,malik olduqları hər şeyi süquta məruz qoydu..."
Sayfa 22 - Parlaq İmzalarKitabı okudu
Zeynəb öz məşhur xütbəsini deyir. Bəlkə də bu mərasimlərdə həmin dəyərli xütbəni eşitmisiniz. Bu xütbənin bir yerində belə deyir: "Yezid, elə güman edirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi o şəhərdən-bu şəhərə aparmaqla sən Allah yanında hörmətli, biz isə zəlil, xar olduq?! Məgər Allahın bu sözünü unutmusan: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!"
Sayfa 168 - Parlaq İmzalarKitabı okudu
Tövbə, 111:
Qurani-kərim özü bu cənnəti izah edir: "Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət gözləyir!" Dünya və axirət cənnəti.
Sayfa 153 - Parlaq İmzalarKitabı okudu
Həzrət Peyğəmbər buyurur: "Hüseyn hidayət çırağı və qurtuluş gəmisidir".
Sayfa 97 - Parlaq İmzalarKitabı okudu
Reklam
Ölümə olan baxışı...
"Boyunbağı gənc qızın boynuna iz saldığı kimi, ölüm də Adəm övladı üçün elə yazılıb" Mənim ölümdən qorxum yoxdur. Ölüm boyunbağıdır, zinətdir, həmişə insanın əhatəsindədir:"Harada olursanız olun, ölüm sizi haqlayacaq"~Nisa 78~. Ölümdən qaçış, qurtuluş yoxdur. Alçaqlıq və rəzalətlə yaşamaq insana yaraşmadığı kimi, şərəfli ölüm də insan üçün zinətdir: "Özümdən əvvəlkilərin görüşünə Yaqubun Yusifə olan şövqü qədər sövqlüyəm. "
Sayfa 26 - Parlaq İmzalarKitabı okudu
Kərbəla hadisəsinin səbəbi...
"Belə bir reallıq qarşısında,qorxaq və ya yatmış vicdanlar qarşısında həmin bu vicdanları oyadıb,duyğuları coşduracaq böyük bir fədakarlıq lazım idi. Kərbəla hadisəsi də belə bir uyğun şəraitdə meydana çıxdı..."
Sayfa 19 - Parlaq İmzalarKitabı okudu
Açgözlülük və hərislik...
... Çünki "onlar ac mədələrini və boş kisələrini doldururlar".Məni öldürməkdə məqsəd boş qarınlarını və boş cibləri doldurmaqdır.Qarınlarına və ciblərinə görə dindən və ya insaniyyətdən həya etmədən didib-parçalayırlar. Hüseyn öz səfərində bunu isbat etməyə çalışırdı...
Sayfa 27 - Parlaq İmzalarKitabı okudu
Kimin dini varsa, Hüseyn onun uğrunda, ona xidmət uğrunda şəhid olub. Buna görə də onu "Allahın qanı" adlandırırıq. Haşa! Allahın nə qanı olur, nə də öldürülməsi mümkündür. Lakin şəhid elə bir insandır ki, o, Allahın dininə inananlar və Allah yolunu tutanlar uğrunda şəhid olur. Hüseyn bütün inanclı insanların yolunda şəhid olub və insanın imanı nə qədər artırsa Hüseynin ona mənsubluğu da bir o qədər artır.
Elə indi də nəinki İslam, bütün Dünyanı dezinformasiya ələ keçirib
O bilirdi ki, şübhə,yalan və dezinformasiya dalğası bütün İslam dünyasını bürüyüb.Buna görə də Hüseyni hər bir işdə ittiham edəcəklər.Odur ki, həqiqəti aşkara çıxarıb,bu səfərə aydınlaşdırıcı bir işıq saçmaq istəyirdi ki,bu,tarixin bütün mərhələlərində nümunə götürülə bilən bir səfər olsun.
Sayfa 25 - Parlaq İmzalarKitabı okudu
45 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.