Musa es-Sadr

Musa es-SadrPeyğəmbərlərin Varisi Hüseyn yazarı
Yazar
8.0/10
7 Kişi
30
Okunma
12
Beğeni
1.175
Görüntülenme

Musa es-Sadr Yorumları ve İncelemeleri

Musa es-Sadr yorumları ve incelemelerini, Musa es-Sadr kitabı hakkındaki okur görüşlerini , Musa es-Sadr puanlarını 1000Kitap'ta bulabilirsiniz.
172 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Hüseyn hidayət çırağı və nicat gəmisidir...
Deməəək, mükəmməldən də mükəmməl bir kitab idi.Hər cümlənin altından xətt çəkməmək üçün özümü zor tuturdum,hər yeri nişanlamaq,hər yerə "stick note" yapışdırmamaq üçün savaş verirdim.Hər cümləsi bir dərinlik,bir məna kəsb edirdi.Musa Sədr hər sözündən tutmuş cümləsində qədər Kərbəlanın fəlsəfəsini aydın şəkildə gözlər önünə sərirdi.Bununla yanaşı İmam Hüseynin fədakarlığından tut, Xanım Zeynəbin missiyasına qədər hər bir hadisənin,hər bir hərəkətin, imamın məqsədinin izahı çox aydın, sadə və rahat dillə yazılmışdı. Kitabı çatdırmağa belə kəlimələrim kifayətsizdir.Nə qədər desəm, azdır.Ümumiyyətlə həyata qayıtmaq istəyən kitabı oxumalı, həqiqi yaşamaq istəyən isə əməl etməlidir. Həqiqətən də, "Hüseyn hidayət çırağı və nicat gəmisidir" Janr: xütbələrdən yığma Səhifə:172 Rəy:10/10 Qeyd: Bəzən Musa Sədrinin cümlələri hər bölmədə təkrar olur, çünki bu onun danışıqlarından yığma bir kitabdır,ona görə hər moizəsidə təkrarlar olması normaldır.Əslində bu yaxşı bir şeydir ki,əsas məsələlər insanın hafizəsinə daha yaxşı hopur.
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi Hüseyn
Musa  Sadr
Musa Sadr
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201922 okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
10/10 Kitabı çox təsadüf nəticəsində əldə etdim. Dəyərli bir şəxs üçün kitab almaq hədəfindəydim.libraff mağazasında rəfdəki kitablarla gözlərim həmrah olduğu bir vaxtda diqqətim bu kitaba cəmləndi. Kitab 176 səhifədən ibarət nəqletməyə əsaslanan kitabça təəssüratı verirdi. Fəqət başqa şansım yox idi, çünki digər kitablar oxucumun şəxsiyyət və marağına xitab etmirdi. Annotasiya və mündəricat ilə qısa tanışlığın ardından ödənişi edərək mağazanı tərk etdim. Bir vərdişim var ki, hədiyyə edəcəyim kitabı mütaliə etmədən sahibinə vermirəm. Çünki daha sonra kitab vasitəsilə oxucumda müşahidə edəcəyim dəyişikliklər, həmçinin eyni mövzuya tamamilə başqa baxış pəncərəsini müşahidə edib, müzakirələr aparmaqdan zövq alıram. Xülasə, 1-2 həftəmi bu kitabın mütaliəsinə sərf etdim. Baxmayaraq ki, kitab çıxışın yazıya nəql edilmiş formasıydı və mənim üçün dəfələrlə tədqiqat apardığım mövzu idi fəqət oxuduğum hər saniyədə beynim müqayisə və təhlillər apararaq gələcək üçün plan tərtib edirdi. Sanki 176 səhifəlik bir kitab 3 aylıq bir həyat sxemimdə mənə ayna rolunu oynayır, məni yuxudan oyadırdı. Geriyə baxdıqda 3 aylıq bir vaxtda oxuduğum heç bir motivasiya və şəxsi inkişaf kitabı bu kitabın mənə 1 həftədə bəxş etdiklərini vəd etmirdi.. Sonda sadəcə, bir cümləylə ifadə etməyə çalışacağam hisslərimi: "HƏQİQƏTƏN DƏ HÜSEYN HİDAYƏT ÇIRAĞI VƏ QURTULUŞ GƏMİSİDİR!"
Peyğəmbərlərin Varisi Hüseyn
Peyğəmbərlərin Varisi HüseynMusa es-Sadr · Parlaq İmzalar · 201922 okunma