Muzafferus

MuzafferusŞizofrenik Saturn yazarı
Yazar
8.3/10
13 Kişi
58
Okunma
18
Beğeni
1.749
Görüntülenme

Hakkında

Tam adı:
Muzaffar Pashazade
Unvan:
Azeri Şair ve Yazar
Doğum:
22 Ocak 1995

Okurlar

18 okur beğendi.
58 okur okudu.
3 okur okuyor.
50 okur okuyacak.
2 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
... Deyiləsi çox sözüm vardı deyə susdum.
Sayfa 85 - Kitab KlubuKitabı okudu
Və günahlar bumeranq kimidi, əvvəl-axır geri qayıdır...
Sayfa 60 - Kitab KlubuKitabı okudu
Reklam
Həyat da belə deyilmi? Nəyin ömrü azdırsa, daha çox sevilər...
Sayfa 54 - Kitab KlubuKitabı okudu
Bilmirəm, hansı dalğaların əsiri olmuşam.
Sayfa 21 - Kitab KlubuKitabı okudu
susum, susum, susum. susqunluğumdan anla kədərimi.
Sayfa 23 - Xan NəşriyyatıKitabı okudu
Şizofrenik Saturn
Şizofrenik Saturn
,
Nar dənələri
Nar dənələri
M-66
M-66
kitablarımı oxumaq istəyənlər şəxsidən mənə yazsalar pdf olaraq bölüşə bilərəm. Oxumuş olanlardan "inceleme" yazmağı xahiş edilir. Xoş mütaliələr:
Muzafferus
Muzafferus

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
100 syf.
·
Puan vermedi
·
4 günde okudu
Kitab qısa esselerden ibarətdi və hər hissədə müəyyən suallar,cavablar,hislər və həyatlar haqqında danışılır. Yaşamdakı məqsədimiz nədi? Xoşbəxtliyə çatmaq mümkündü mü? Yaşamaq,yoxsa intihar etmək daha çox cəsarət tələb edir? Niyə hamımız həyatımızı dəyişdirmək istəyirik amma hər şey olduğu kimi qalır? Ya da niyə hər səhvimizdə başqalarını günahlandırırıq,amma özümüzü həmişə haqlı çıxartmağa çalışırıq? Sualların hər biri düşündürücüdü. Amma dəqiq bir cavab ala bilməyəcəyimiz suallardı,təəssüf ki. Və kitabda "O dəlidir" başlıqlı hissə xüsusi diqqətimi çəkdi. Ətrafından fərqli düşününən hər kəsi kənarlaşdırmaq ya da dəli demək adət olub. Amma heç kim onların fikirləri,hərəkətləri barədə düşünmür. Kəsib atmaq daha rahat gəlir. Fərqlilik artıq hamıya qorxunc gəlir...
Nar dənələri
Nar dənələriMuzafferus · Kitab Klubu · 201619 okunma
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Şizofrenik Saturn.. İlk öncə bu ad cəlb etmişdi məni.. "Şizofrenik əsər"lər məndə hər zaman maraq doğurur. Və buna kosmoqoniklik də əlavə olunubsa, oxumalıyam dedim. Əsəri ümumən bəyəndim. İstər mövzu olsun, istər fikrin sərbəstliyi olsun.. Yazarın düşüncələri olduqca yaxın idi mənə. Şeirlər sərbəst vəznlə yazılıb,səpkili formadadır ki, bu da bir üstünlük idi mənə görə, çünki mən fikirlərin çərçivəyə salınmadan ifadə olunmasının tərəfdarıyam. Şərt qafiyə tutdurmaq deyil, şərt düşündüyün zamankı hislərini qarşıya ötürməkdir. Sərbəst buraxmaq sətirləri. Almaq əlinə qələmi Yazmaq. Nə önəmi var ki mövzunun? Sərbəst vəzndə olsun qoy. Qafiyə adıyla məcburiləşdirməyək. Azad burax hecaları. Bu sətirlərdə də deyildiyi kimi, bəzən hecaları saymaq yox, azad buraxmaq lazımdır. Kitabda bəyənmədiyim bəzi məqamlar da oldu. Məsələn, şeirlərdə "zatən" sözünə rast gəldim bir neçə dəfə. Məncə bu sözün yerinə başqa bir sinonimi işlənsə daha xoş olardı. Bu kimi bəzi sözlər bədiiliyi zəyiflədir deyə düşünürəm. Və bəzi sətirlərdə inversiyaya yol verilsə daha ahəngli oxunardı. İstənilən şeir hər nə qədər sərbəst vəznlə yazılsa da, nisbətən şeir ahəngi olmalıdır.
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
96 syf.
5/10 puan verdi
·
13 saatte okudu
Varıq, ya yox...
"yaxşı ki gəldin. böyük stəkan götür. çaydan, qəhvədən bir şey süz, otur. kəmərini bağlamağı da unutma. uçuşa hazırıq kapitan." Yaşayırıqmı həqiqətən? Əgər yaşayırıqsa, bu qədər acıya, əzaba necə davam gətirə bilirik? Unutmuruq, ancaq üzərini bir az tozlandırırıq. Yeri gələndə o tozları silib, yenidən canlandırırıq o acıları.
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma