Namiq Abdullayev

İtirilmiş Dünya yazarı
Yazar
7.5/10
0 Kişi
9
Okunma
1
Beğeni
364
Görüntülenme

Hakkında

Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi, nasir Namiq Abdullayev 1928-ci il martın 3-də Xızı rayonundakı Darzarat kəndində (indiki Siyəzən rayonu) anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir. Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi işləmişdir (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), daha sonra təqaüdə çıxmış və bədii yaradıcılıqla məşğul olmuşdur. Namiq Abdullayev ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərindən başlamışdır. O, uşaqlar üçün elmi-fantastik mövzuda bir sıra maraqlı hekayə və povestlər yazmışdır. Onun fantastik hekayələri, povest və nağılları "Göyərçin", "Pioner" jurnallarında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çap edilmişdir. "Sehrli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanaydı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur. Namiq Abdullayev 1992-ci il sentyabrın 22-də vəfat etmişdir.
Ünvan:
Yazar, Nasir
Doğum:
Xızı, Azərbaycan, 3 Mart 1928
Ölüm:
22 Eylül 1992

Okurlar

1 okur beğendi.
9 okur okudu.
4 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Namiq Abdullayev ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərindən başlayıb. O, uşaqlar üçün elmi-fantastik mövzuda bir sıra maraqlı hekayə və povestlər yazmışdır. Onun fantastik hekayələri, povest və nağılları "GÖYƏRÇİN","PİONER" jurnallarında,"AZƏRBAYCAN PİONERİ","ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzetlərində çap edilmişdir."SEHRLİ OĞLAN"(1960),"İTİRİLMİŞ DÜNYA"(1962),"BALACA KİBERİN MACƏRALARI"(1966),"GECƏLƏR UZANAYDI"(1980),"PİYADA VƏZİRƏ ÇEVRİLİR"(1987) kitabları kütləvi tirajla nəşr olunub.
Sayfa 167 - LİBRA kitab·Kitabı okudu
Reklam