Nasir al-Din al-Tusi

Nasir al-Din al-TusiƏxlaqi-Nasiri yazarı
Yazar
9.3/10
9 Kişi
24
Okunma
1
Beğeni
556
Görüntülenme

Nasir al-Din al-Tusi Sözleri ve Alıntıları

Nasir al-Din al-Tusi sözleri ve alıntılarını, Nasir al-Din al-Tusi kitap alıntılarını, Nasir al-Din al-Tusi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bunlar səadətin 4 növüdür
"Hikmət" ona deyərlər ki, idrak varlıqları dərk etdikcə, o da inkişaf etsin. Bütün varlıqlar Allah, ya da insan tərəfindən yaradıldığından hik- mət də iki növ olur: biri öyrəniləsi, biri ediləsi, yəni nəzəri və əməli. "Şücaǝt" ona deyərlər ki, "qəzəb nəfsi" "nitq nəfsinə" tabe olsun, təhlükəli anlarda özünü itirməsin, onun məsləhəti ilə oturub-dursun, həm gördüyü iş bəyənilsin, həm də göstərdiyi təmkin xoşa gəlsin. "İffət" ona deyərlər ki, "şəhvət" qüvvəsi "nitq nəfsinin" ixtiyarında olsun, meylləri onun arzusuna uyğun gəlsin, beləliklə, həm xeyir görsün, fayda götürsün, həm düşkünlük əsarətindən qurtarsın, həm də çılğınlıq xidmətindən. "Ədalət" ona deyərlər ki, bu qüvvələrin hamısı əlbir olub ittifaq bağlasınlar, idrakın yaxşını pisdən ayıran qüvvəsini özlərinə böyük seçib onun əmrindən çıxmasınlar, beləliklə, şəhvət, ləzzət, eyş-işrət qüvvələrinin hücuma keçib öz sahiblərini fəlakətə sürükləməsinə mane olsunlar, onda insaf və mürüvvət hissi oyatsınlar..
Söz demək qaydaları haqqında
Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb tələsik irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edərsə, qarışmamalı, ondan gizlədilərsə, gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır...
Sayfa 174 - Kuffə âləykə həžə.(Rasulullahın Muazın r.a.:"Cənnətə getməyin ən rahat yolu nədir?", sualına verdiyi cavab)
Reklam
"Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçarlar." Həsəni-Bəsrini
Sayfa 122Kitabı okudu
Mükafat- ona deyilir ki, biri bir yaxşılıq etsə, ona müvafiq, ya da ondan artıq yaxşılıq edilsin, pislikdə isə əksinə, daha az pislik edilsin.
Dözümlülük- ona deyilir ki, nəfs xoşagələn işlər uğrunda öz gücünü işlədib, yorulmaqdan çəkinməsin. (Dözsün)
Kimin dünya malına ehtiyacı çoxdursa, yoxsulluğu da o qədər artıqdır.
Sayfa 126Kitabı okudu
Reklam
Adamların axırının necə olacağını bilmədən onları “xoşbəxt” adlandırmaq olmaz...
Sayfa 63
Biz dəftərlər, kitablar kimi başqalarına hikmət öyrədib özü məhrum olmaq, ya bülöv daşı kimi bıçağı itiləyib özü küt qalmaqla razılaşa bilmərik, biz günəş kimi nur saçıb ayı işıqlandırmalı, onu özümüzə oxşatmalıyıq.
Sayfa 133Kitabı okudu
İslam filosoflarından Yəqub Kindi demişdir: Fəzilət sahibləri öz tanıdığı adamların simasını özü üçün güzgü etməlidir, hansı surətdə eyib görsə, onun özündə də olub-olmamasını yoxlamalıdır, yəni başqalarının eyiblərini müşahidə etməklə özününküləri meydana çıxarmalı və onların  hər biri üstündə özünü möhkəm məzəmmət edib danlamalıdır, guya bu qəbahət başqalarının deyil, özününküdür
Sayfa 132Kitabı okudu