Nebâtî

NebâtîSeçilmiş Əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
3
Okunma
4
Beğeni
471
Görüntülenme

Hakkında

Tam adı:
Seyyid Ebul-Kasım Nebâtî
Unvan:
Azerbaycanlı sūfî şair.
Doğum:
Üştibit, Karadağ, İran, 1812
Ölüm:
Üştibit, Karadağ, İran, 1873

Okurlar

4 okur beğendi.
3 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Aya görəsən var bu cahan içrə sərasər, Bir gül sənə bənzər? Görcək səni mən, ey üzü gül, türrəsi sünbül, Əl hamıdan üzdüm. Gər hurü pəri ruyi-zəmini tuta yeksər, Könlüm səni istər.
Ey sünbüli-tərdən üzünə pərdə tutanım, Ey qönçə dəhanım. Pərvanə kimi başına qoy bircə dolanım, Ey ruhi-rəvanım. Etdin bu qədər cövrü cəfa bu neçə ildə, Heç bircə dedim uf? Indi dəxi, billah, üzülüb tabü təvanım, Qalmıb dəxi canım! Yandırma məni atəşi hicranə, yazıqsan, Ahım səni odlar! Sənsiz gecələr ərşə çıxıb ahü fəğanım, Ey qaşı kamanım. Görgəc məni bir tünd keçib, bir geri baxsan, Ollam genə məcnun. Sərf etdi rəhi-eşqə təmam ömrü Nəbati Bu dari-fənadə. Bir yol demədi, ey canı daş, heyfdi canım, Gəl-gəl bir usanım.
Reklam
Lə’li-ləbin nuşixəndi, Mən neylərəm balı, qəndi, Öldürdü bu dərdməndi, Çox şirinsən şəkərdən sən. Güldə hanı bu təravət? Gündə hanı bu səbahət? Dürdə yoxdur bu lətafət, Müzəyyənsən gühərdən sən.
Fəsli-bahar oldu, bəs bülbüli-şeyda hanı? Dərdü qəmin eyləsin qönçeyi-xəndanə ərz.
Ahuyi-Xütən səndən alıb tərzi-nigahı, Gülbərgi-ləbin tək güli-həmra ola bilməz. Etmən gözünü nərgisi-şəhlayə bərabər, Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz. Can nəqdinə bir busə kərəm qıl, səni tari, Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz. Məndən sənə icz eyləmək olsun gecə-gündüz, Səndən mənə hey naz ki, haşa ola bilməz. Çox eşqə düşən aşiqi-biçarəni gördüm, Heç biri Nəbati kimi şeyda ola bilməz.
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir! Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir! Od tutub canım sərasər yandı, amma bilmədim, Dil nədir, dilbər nədir, başımda bu sevda nədir? 🍃
Nebâtî
Nebâtî
Bu necə nərgizdir, bu necə gözdür? Bu necə lalədir, bu necə üzdür? Bu necə şəkərdir, bu necə sözdür? Nə belə ləl olur, nə belə gövhər.💖
Nebâtî
Nebâtî
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok