Nemət Mətin

Ədəbiyyat və Kütlə author
Author
7.8/10
7 People
21
Reads
5
Likes
472
Views

Featured Nemət Mətin Posts

You can find Featured Nemət Mətin books, featured Nemət Mətin quotes and quotes, featured Nemət Mətin authors, featured Nemət Mətin reviews and reviews on 1000Kitap.
Usta bir gün şagirdlərini başına yığaraq sual verir: İnsanlar əsəbiləşəndə nə üçün bir-birinin üstünə qışqırırlar? Axı qarşıdakı insan yanındadır. Səbəb nədir? Hər kəs susur. Cavabin gəlmədiyini görən usta gülümsəyib davam edir. -Çünki insan hirslənəndə ürəyi qarşıdakı insan dan uzaqlaşır. Sanki arada böyük bir məsafə əmələ gəlir. Uzaqdan eşidilmək üçün qışqırmalısan. Yaxşı, bəs, nə üçün insan sevəndə sevdiyi şəxsin qulağına pıçıldayır? Yenə səssizlik otağı bürüyür. Usta isə aram səslə davam edir: -Çünki insan sevəndə ürəyi sevdiyi insana yaxınlaşır. Bəzən sadəcə göz-gözə baxmaqla saatlarca danışmış olurlar.
"Yer üzündə hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz".
Reklam
Düşünməyən insana "xoşbəxtdir, əzab çəkmir" deyirlər. Düşünmək, özünü tapmaq... Bəşəriyyətin ən ağır imtahanıdır...
Niyə biz itin, filin ölümünə etiraz edirik, amma cırcıramanın, kəpənəyin, qarışqanın ölümünə biganə qalırıq? Bir canlını kiçik olduğu üçün görməzliyə vurmaq insanlığa sığarmı?
Kasıbçılıq insanları sakit yaşamağa məcbur edir.
104 syf.
10/10 puan verdi
Bu kitabda yazıçının məqalələr və sonda bir hekayəsi toplanıb. Məqalələr qısa olmaqla (əksəriyyəti) yanaşı düşündürücüdür. Hər bir məqalədə yazıçının intelektual yığımı özünü göstərir. Kitab çoxdandır rəfdə oxunmağı gözləyirdi. Gec oxumağıma səbəb isə məqalə oxumağı  sevməməyim idi (Seymur Baycan istisna). Məndə məqalə oxumağa həvəs yaradan kitab oldu. Kitabın nəşri səhv etmirəmsə bitib, ikinci əl ya da pdf olaraq mütləq oxuyun. Yazıçının dediyi kimi oxuyun ki, tab gətirəsiniz.
Ədəbiyyat və Kütlə
Ədəbiyyat və KütləNemət Mətin · Kişisel Yayın · 201813 okunma
Reklam
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.