Bu kitabda yazıçının məqalələr və sonda bir hekayəsi toplanıb. Məqalələr qısa olmaqla (əksəriyyəti) yanaşı düşündürücüdür. Hər bir məqalədə yazıçının intelektual yığımı özünü göstərir.
Kitab çoxdandır rəfdə oxunmağı gözləyirdi. Gec oxumağıma səbəb isə məqalə oxumağı sevməməyim idi (Seymur Baycan istisna). Məndə məqalə oxumağa həvəs yaradan kitab oldu.
Kitabın nəşri səhv etmirəmsə bitib, ikinci əl ya da pdf olaraq mütləq oxuyun. Yazıçının dediyi kimi oxuyun ki, tab gətirəsiniz.