Nizami Gəncəvi

Leyla ile Mecnun author
Author
8.6/10
395 People
2,175
Reads
227
Likes
11.8k
Views

Nizami Gəncəvi Quotes

You can find Nizami Gəncəvi quotes, Nizami Gəncəvi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Dəniz yox oldusa , inciləri var , Açılar bizimçün yenə qapılar.
SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ ÜÇÜNCÜ GÖZƏLLƏMƏ
Ey varlığı ən təmiz ruhlardan daha təmiz! Ruhuna canım fəda! Ulu peyğəmbərimiz! Sənsən rəhmət yurdunun tən ortası, mərkəzi, Qələminlə silindi hər zəhmətin nöqtəsi. Sən Əcəm şahlarının həmişəlik şahısan, Ərəb yolçularının Ayısan, pənahısan. Yolu göstərməsən də, yol tapırlar sayəndə, Baş kətxuda özünsən, kəndə heç dönməsən də.
Sayfa 41 - "Lider" nəşriyyatKitabı okuyor
Reklam
De, nə cür ayrılsın ruh bədənimdən Qovuşum Allaha hansı yolla mən? Bilirəm, yaradan birdir dünyanı Harda tapmaq olar bəs Yaradanı? Özü gizlindədir, nişanı aşkar O bağlı qapını mənə kim açar? Hardadır, nə deyim, əgər sorsalar? Yerdəmi, göydəmi, hardadır deyin Onun varlığını isbat eyləyin! ..Cavabı belədir bunun: Bu söz həm qısadır həm də çox uzun. Özündən üzünü çevirən zaman Allahın yolunu tapmış olarsan.
Sayfa 92 - Lider nəşriyyat
Gülüm
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm? Sevirəm, qəlb ilə canım kimi cananımı mən, Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm. Sənə dost olmağıma cümlə şəhər düşman olub, Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm. Harda görsəm səni, zülfündən öpüb yalvararam, Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm. Sənsizəm, səndən uzaq kimsəni düşsün,demərəm, Yetməyir əl sənə, yox səbr də hicranə, gülüm.
Sayfa 5 - MücrüKitabı okudu
Görünüşünüz neye benzerse benzesin, nezaket sizi dünyanın en güzel insanı yapar.
Peyğəmbərin Meracı
O idrakın gözündən gizlənə bilməz heç vaxt, "Onu görə bilmərik!" deyənlər kordu ancaq. Tapmdığını görmək bir səadətdir, bəli, Mütləq görülməlidir O, mütləq görülməli! O pərdəni görməyə məkan varmı?Məkan yox. Yürüməyə, çatmağa zaman varmı?Zaman yox. O pərdənin ardını görməyi bacaranlar, Məkanı tapmasa da, laməkana yol tapar. Tanrı sifətlərini inkar küfrdür saqın, Cahil olma, nə yönü, nə yeri var Allahın. Tanrı var, fəqət onun mənzili, məqamı yox, Məkana möhtac olan Tanrı sayılarmı? Yox! Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gücüylə gördü. Haqqın hazırladığı meydən içdi Peyğəmbər, Bizim də qəlbimizə damızdırdı bir qədər.
Sayfa 38 - "Lider"nəşriyyatKitabı okuyor
Reklam
Bədəndə həddindən artıq olsa qan, Neştərlə tökərlər onu damardan. Az danış , desinlər sözündə güc var, Çox sözü dinləyən çox nöqsan tutar.
Toxum çürüməsə bitməz heç zaman, Bir iş bağlanmasa,açılmaz, inan!
Sayfa 155 - BanuKitabı okudu
Olacaqsan?
Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan? Şahlıq çətiri var başın üstündə bu axşam, Ənbər çətirinlə kimə sultan olacaqsan? Şəkkər demərəm mən sənə, ondan da şirinsən, Dilbər, necə bir bəxtəvərə can olacaqsan? Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə! Ey abi həyat, sən kimə canan olacaqsan? Getdin, necə bəs tab eləsin hicrə Nizami, O, xəstə ikən sən kimə dərman olacaqsan?
Sayfa 15 - MücrüKitabı okudu
1,000 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.