Nizami Gəncəvi

Nizami GəncəviLeyla ile Mecnun author
Author
8.6/10
395 People
2,177
Reads
226
Likes
11.8k
Views

Nizami Gəncəvi Posts

You can find Nizami Gəncəvi books, Nizami Gəncəvi quotes and quotes, Nizami Gəncəvi authors, Nizami Gəncəvi reviews and reviews on 1000Kitap.
Qısa söz, dünyada nə sən, nə də mən Oyuncaq deyilik xilqətimizdən. Nə şəhvət, nə yuxu, nə də ki, yemək Həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən, Eşşək, öküzdə də görə bilərsən. Təbiət quranda xilqətimizi, Başqa səhifədə yazmışdır bizi. Anlayıb, düşünək hər şeyi gərək, Hər sirri açmaqla hünər göstərək. Yerləri, göyləri öyrənək bir-bir, Qalmasın bizimçin açılmamış sirr.
Ümidin sönməsin dünya olsa dar, Hər qara buluddan ağ yağış yağar.️
Reklam
Ölüm ki, səndəndir nə qüssə, nə qəm, Qoy ölüm, ölümdən mən dad çəkmərəm. Hərçənd ki dünyada ölüm gerçəkdir, Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Köməyim olmasan, ya pərvərdigar, Bu düyüm əql ilə necə açılar? Əql işıq alır sənin qapından, Yanar dərgahına girdiyi zaman... Ey mənim əqlimə mənalar verən, Mən axtarışçıyam, sən yol göstərən. Yollarım qorxulu olsa da bu dəm, Sən ki, rəhbərimsən qorxan deyiləm.
Mənə deyirlər ki: - Gəl eşqi burax, Bu, dost məsləhəti deyildir ancaq. Eşq ilə yaşayır aləmdə səsim, Eşqsiz aləmdə batar nəfəsim. Eşqdən yoğrulmuş ruhum, bədənim, Eşqsiz bir günüm olmasın mənim. Eşqsiz bir ürək heçliyə varsın, Onu qəm selləri yuyub aparsın.
Ey mənim dərdimi anlamayanlar Yolumdan çəkilin, nə işiniz var? Özümdə deyiləm, məni anmayın, İtkin bir insanam, mənə yanmayın.. Bəsdir bu zülmünüz, halıma baxın, Məni öz dərdimlə azad buraxın!
Reklam
Kamillər belə bir şaha ağ olmaz, Günəşi palçıqla suvamaq olmaz!
GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA
İnan, nemət sayılmaz cahan səltənətləri, Min qızılın bir dostdan üstün deyil dəyəri. Yer üzündə hər kəsin dosta ehtiyacı var, İllah, elə dosta ki, dar gündə dada çatar. Mey dostları zay edər ayı, günü, həftəni, Beləsindən ustün bil qapındakı cəftəni.
Sayfa 68 - "Lider" nəşriyyatKitabı okuyor
Bədən dediyin tozlanıb dağılan bir ovuc torpaqdır, yalnız qəlb, yenə də qəlb, çünki söz qəlbdədir.
ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ
Qızıl üçün, zər üçün sinov gedən həriflər Sənətin sikkəsini, görün nəyə veriblər?! Qızıl sözü qızıla dəyişənlər alçalır, Zülmətə işıq salan ləli verir, daş alır.
Sayfa 62 - "Lider"nəşriyyatKitabı okuyor
1,000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.