“Söyle bakalım bu dünyada ne kadar kişi var nine?”
“Bu dünyada ne kadar insan yaşıyorsa o kadar kişi var.Kişiliksiz insanlara bile kişi deniyor, anladın mı?”
Axı, sənin də bir hədd-hüdudun var və geri də qayıtmalısan. Di, qaytar o apardığın adamları, qaytar onları, a yol. Bilirdim ki, bir gün gələcək, məni də çəkib, sonu məlum olmayan uzaq yerlərə aparacaqsan, ancaq mən bura qayıdacam, özün gec-tez məni qaytarıb bura gətirəcəksən. İstəmirəm, kimsə buraya mənim
xəbərimi gətirsin, özüm qayıdıb bura gələcək və deyəcəm: bu, mənəm, qayıtmışam, camaat! İstəyirəm ki, apardığın adamlardan hər biri belə desin, hər biri qayıtsın-istər öz ayaqlarıyla olsun, istər qoltuqağacıyla,
– ancaq təki qayıtsın!