Əsəri bitirdikdə mənim ağlımda belə bir sual yarandı. Görəsən biz, əks cinsin nümayəndəsini zahiri görünüşünə görə dəyərləndiririk yoxsa batini? Kimdən soruşsan ki, sənə görə ən gözəl qadın kimdir? Hamı Monica Bellucci, Merlyn Monroe deyəcək. Bu qadınlar isə zahiri cəhətdən gözəldirlər. Ancaq məncə onları digərlərindən fərqlərindən başqa bir xüsusiyyət də, var. Bunu mən tam izah edə bilməyəcəm.
Bir də, əsərdə sorğulanan digər bir məfhum var idi. Məsumiyyət.
İnsan necə bir saf ola bilər ki, aldadıldığı insan tərəfindən bir daha aldadılsın? Görəsən, yazıçının onu aldadan şəxsə sevgisi olmasaydı, bir daha aldada bilərdi? Məncə insanın ən çox məsum olduğu vaxt bir sevdiyi, bir də, uşaq olduğu vaxtdır. Dolayısıyla sevgi hissi vasitəsilə biz sınmaz politikləri, inqilabçıları belə yolundan döndərə bilərik.
Yekunda onu demək istəyirəm ki, əsərin bizə aşıladığı fikir yəqin ki, budur:
Sevin, ancaq ehtiyatlı olun. Çünki bu sizə baha başa gələ bilər).