Rafael Hüseynov

Rafael HüseynovVaxtdan Uca yazarı
Yazar
10.0/10
5 Kişi
8
Okunma
1
Beğeni
887
Görüntülenme
363 syf.
10/10 puan verdi
·
Beğendi
·
280 günde okudu
Kitab iki hissədən ibarətdir: birinci hissədə dahi Azərbaycan bəstəkarı Müslüm Maqoyev (yəni baba Müslüm), ikinci hissədə böyük Azərbaycan ədibi Hüseyn Caviddən bəhs olunur. Oxuyub öyrəndiyim qədərilə mənim üçün Maqomayev nisbətən sıxıcı şəxsiyyət oldu. Gözəl bəstələri, əməkləri olub, lakin bir o qədər də insanlarla yollaşa bilməyən və küsəyən insan imiş zənnimcə. Və bir məqam da mənim üçün şübhə mövzusu olaraq qaldı ki, Üzeyir Hacıbəyovla həm dost, həm bacanaq, həm də kolleqa olmasına baxmayaraq, bəzən zaman-zaman onu qısqanıb. İkinci hissədə, yəni “Cavidlər”də isə ailənin 4 üzvü haqqında oxuyuruq. Cavid əfəndinin əsərlərinə onun həyatı ilə tanış olmamış başlamaq istəmirdim. Kitabda əsərlərdən kiçik hissələr də verilmişdir ki, şairin qələmi ilə tanış olmağa səbirsizlənirəm. Nənə-babadan və ya bukinistlərdən tapsanız, həmən alıb oxuyun. Məmnunəm, Rafael müəllim!
Vaxtdan Uca
Vaxtdan UcaRafael Hüseynov · İşıq Nəşriyyatı · 19878 okunma
Resim