Rafael Hüseynov

Rafael HüseynovVaxtdan Uca yazarı
Yazar
10.0/10
5 Kişi
8
Okunma
1
Beğeni
833
Görüntülenme

Hakkında

Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor. Həyatı 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Burada 12 saylı şəhər orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978). Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi (1978-1982), həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır (1982-1988). 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. "Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir. ADU-da "fars ədəbbiyyatı" (1987-1989), Konservatoriyada "Mədəniyyət tarixi" (1990-1991), "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" (1995) fənlərindən dərs demişdir. Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır. Əsərləri 1.Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 səh. 2.1002-ci gecə. Bakı: İşıq, 1988, 408 səh. 3.Məhsəti necə varsa. Bakı: Yazıçı, 1989, 336 səh. Filmoqrafiya Qayıdış (film, 1992) Cavid ömrü (film, 2007) Əbədiyyət (veriliş, 2007) Ömrün rəngləri (film, 2007) Maestro Niyazi (film, 2007) Rəfibəylilər (film, 2009) Tərcümələri (farscadan) Baba Tahir Üryan. Dübeytlər. Bakı: Yazıçı, 1988, 112 səh.
Unvan:
Çevirmen, Yazar

Okurlar

1 okur beğendi.
8 okur okudu.
1 okur okuyor.
9 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Reklam
“Bir şeyin yoxsa da könlün var ya, Mənə ver könlünü...”
Sayfa 186Kitabı okudu
“Dil, diplomata fikirlərini ifadə etmək üçün yox, düşündüklərini gizlətmək üçün verilib.” Taleyran
Sayfa 333Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
363 syf.
10/10 puan verdi
·
Beğendi
·
280 günde okudu
Kitab iki hissədən ibarətdir: birinci hissədə dahi Azərbaycan bəstəkarı Müslüm Maqoyev (yəni baba Müslüm), ikinci hissədə böyük Azərbaycan ədibi Hüseyn Caviddən bəhs olunur. Oxuyub öyrəndiyim qədərilə mənim üçün Maqomayev nisbətən sıxıcı şəxsiyyət oldu. Gözəl bəstələri, əməkləri olub, lakin bir o qədər də insanlarla yollaşa bilməyən və küsəyən insan imiş zənnimcə. Və bir məqam da mənim üçün şübhə mövzusu olaraq qaldı ki, Üzeyir Hacıbəyovla həm dost, həm bacanaq, həm də kolleqa olmasına baxmayaraq, bəzən zaman-zaman onu qısqanıb. İkinci hissədə, yəni “Cavidlər”də isə ailənin 4 üzvü haqqında oxuyuruq. Cavid əfəndinin əsərlərinə onun həyatı ilə tanış olmamış başlamaq istəmirdim. Kitabda əsərlərdən kiçik hissələr də verilmişdir ki, şairin qələmi ilə tanış olmağa səbirsizlənirəm. Nənə-babadan və ya bukinistlərdən tapsanız, həmən alıb oxuyun. Məmnunəm, Rafael müəllim!
Vaxtdan Uca
Vaxtdan UcaRafael Hüseynov · İşıq Nəşriyyatı · 19878 okunma