1000Kitap Logosu
Rasim Gənzəli
Rasim Gənzəli
Rasim Gənzəli

Rasim Gənzəli

Yazar
BEĞEN
TAKİP ET
0.0
0 Kişi
2
Okunma
0
Beğeni
9
Gösterim
Tam adı
Rasim Qulu oğlu Məmmədli
Unvan
Yazar
Doğum
Gənzə, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ, 9 Şubat 1962
Ölüm
Bakı, Azərbaycan, 12 Ağustos 2018
Yaşamı
Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir. Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bütün kitablarının adları “Q” hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır? Doğrusu, özüm diqqət etməmişdim. O gündən sonra yazdığım kitablarıma “Q” hərfi ilə başlayan adlar seçdim”. 2012-ci ildə Bakıda Mahmud Allahmanlının "Elm və təhsil" nəşriyyatında Rasim Gənzəlinin yaradıcılığının təhlil olunduğu, hekayələrinin, povestlərinin, romanlarının mövzu istiqamətləri, problematikası elmi-nəzəri şərh edildiyi "Rasim Gənzəlinin bədii nəsri" əsəri çap edilib. 2018-ci ilin fevral ayında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirilib. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olunub. Respublikanın dövri mətbuatında 600-ə yaxın məqalə və publisistik yazıları dərc olunub. "Ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident mükafatı", "Qızıl qələm", "Vətən", "Yaddaş", "Türk ədəbiyyatına xidmət", BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmişdir. 12 avqust 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ailəli idi. Həyat yoldaşı olmuş Kamilə Dönməz də şairədir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Henüz kayıt yok