Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rəbiqə Zeynalova

Rəbiqə ZeynalovaEpizodik Sevgilər yazarı
Yazar
6.0/10
1 Kişi
4
Okunma
0
Beğeni
270
Görüntülenme

Hakkında

Rəbiqə Nazim Zeynalova. 1979-cu ildə doğulub. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1998-ci ildən etibarən dövri mətbuatda və saytlarda müxbir, tərcüməçi və redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Ədəbi yaradıcılıq fakültəsində dekan müavini vəzifəsində işləyib. İki şeirlər kitabının müəllifidir. Kultaz.com saytının təsis etdiyi "Nəsimi" Ədəbi Mükafatına və Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun "Debüt işığı" mükafatına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində Dünya ədəbiyyatı şöbəsində mütəxəssis kimi çalışır. Kitabları: “Sənə qədər” -2008, (Bakı), “Epizodik sevgilər” -2013. Romen Rollanın "Seçilmiş əsərləri"ni, Avqust Strindberqin "Tənha", Elias Kanettinin "Korlaşma" romanlarını, Rixard Vaqnerin "Mənim həyatım" adlı bioqrafik əsərini (Qismət Rüstəmovla birgə) dilimizə tərcümə edib.
Tam adı:
Rəbiqə Nazim Zeynalova
Unvan:
Şair, Çevirmen
Doğum:
1979

Okurlar

4 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Çirkli çay qaşıqları yaman çoxalıb evdə. Yüz il əvvəl quruyub nəlbəkidə mürəbbə çay qaşığı son dəfə dodağında yuyulub.
Sənə qədər bilmirdim belə də ola bilər hissə - hissə yaşana bilər məhəbbət. Məsələn, yalnız səs qulaqları ala bilər, təbəssüm ürəyi, pencək əlləri çağırar. Mən bilmirdim - insanlardan daha çox aradakı məsafə çığırar, ağrıyar çıxılmazlığa. Bilmirdim - barmaqlıqlardan da almaq olar dodağın hərarətini. Soyuq həmişə isinməyə işarə deyil, qaranlıq yaxınlıq üçün deyil həmişə. İndi çox şeyi bilirəm və məəttəl qalıram bu işə.
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok