Bihevioristlərin baxışı psixoanalitik baxışlara kökündən zidd idi. Bu cərəyanın tərəfdarlarının iddialarına görə, davranış hansısa daxili qüvvələrlə deyil, xarici səbəblərlə, yəni ətraf mühitdən orqanizmə təsir göstərən müxtəlif stimullarla müəyyən edilir. Başqa sözlə, emosional hallarla reaksiya verməyi öyrənirik.