Roma Xosrov

Mən Kədərli Şəkiləm yazarı
Yazar
7.5/10
0 Kişi
2
Okunma
0
Beğeni
121
Görüntülenme

Hakkında

Ünvan:
Şair
Konular:

Okurlar

2 okur okudu.
1 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Deyəsən, ömrümün payız fəslidir, Yatıram, yastığa saçım tökülür. Başımı yanında dik tutsam da mən, Səndən ayrılanda belim bükülür. Hamıdan gizlədib gözümün yaşın, Axdıqca qəlbimə, sutək içirəm. Bir vaxt sən atdığın o səhv addımın, İndi, addım-addım üstdən keçirəm. Bütün sevgilərdən uzaq düşmüşəm, Sevən bir qadıntək qucaqla məni. Axı, səndən yaxşı kim ağlayar ki, Sevdiyim gözlərlə sən ağla, məni Gözləyə bilmədim ayaqlarımı, Yanına gəlməyə ürək tələsdi. Mənim bu dünyada yaşamağıma, Səndən bir xatirə şəkil də bəsdi. Saçlarım rəngini dəyişəcəkdir, Baş alıb gedəcəm, bir son yağışla. Mən harda itirdim səni, bilmirəm, Amma, unutmadım, məni bağışla.
Bir az dodaqların şərab qoxulu, Bir az baxışların sərxoş kimidir. Sənin o ürəyin - döş qəfəsində, Azadlıq istəyən bir quş kimidir. Xəyalın dağınıq saçların kimi, Fikrin də beynində darağa gəlmir. Özünü asmısan səs tellərindən, Səsin öz içindən uzağa gəlmir. Alnının qırışında itib hərflər, Üzünə həsrətin kölgəsi düşüb. Bütün sevgilərdən yetim qalan Bəxtinə ayrılıq ölkəsi düşüb.
Reklam