Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rövşen Abdullaoğlu

Rövşen AbdullaoğluBu Şəhərdə Kimsə Yoxdur yazarı
Yazar
Çevirmen
8.9/10
1.376 Kişi
5bin
Okunma
534
Beğeni
15,7bin
Görüntülenme

En Yeni Rövşen Abdullaoğlu Yorumları ve İncelemeleri

En Yeni Rövşen Abdullaoğlu sözleri ve alıntılarını, en yeni Rövşen Abdullaoğlu kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Uzun zamandır hər kəsin oxuduğu və dilindən düşürmədiyi o məşhur kitabı bu gün bitirdim. Həqiqətəndə seviləcək bir kitab idi. Hər bir cümləsi və sətri bir məna kəsb edir. Hekayə Villi adlı bir adamın ətrafında dönür. O həyatında bir çox uğursuzluqlar yaşamışdır və onun üçün hər şey olduqca məhvə doğru gedir. Lakin bir gün Visam adlı bir adamla tanış olaraq o bütün həyatını dəyişir. Çalışdığı xəstəxanaya yatırılan Visam sadəcə Villiyə deyil, bir çox insana ümid işığı olur. Müsəlman gəncin həyatı və düşüncələridə yaşından çox daha böyükdür. Ümumilikdə baxdığımızda isə kitab daxilində bir çox həyat dərsi daşıyır. Məncə bu kitabı oxuyan hər kəs bir yerlərdə özünü görəcək. Axıcı və sadə bir dillə yazılmasıda oxucunu çətinə salmır.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
·
Puan vermedi
Deməli,bu əsərin sadəcə 153 səhifəsini oxumuşam. Sıxıcıdı deyə yarım qalmadı,kitabı dostumdan almışdım geri verməli oldum və bir il olacaq ki hələ də tamamlamaq qismət olmayıb. Həqiqətən sevdiyin bir şeyi niyə sevdiyini izah etmək çətin olur,bu kitaba olan sevgimin də izahı yoxdur. İncələmə yazmaq mənlik deyil,sadəcə bu əsərin hesabımda qalmasını istədim.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
Reklam
384 syf.
8/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
"...Hadisə yerinə ilk çatmış qardanın ifadəsindən: "...Tavanın altı ilə gedən dəmir borulardan iki pişik cəsədi sallanırdı. Pişiklər boğazlarından asılmışdı. Dilləri ağızlarından çölə sallanırdı, gözləri də, az qala, hədəqəsindən çıxacaqdı. Arxa ayaqları möhkəm dartıldığından oynaqdan çıxmışdı. İçəriyə doğru zirzəminin künc tərəfində divara çılpaq qadın cəsədi söykədilmişdi. Biz cəsədi yaxşı görmək üçün fənəri ona doğru yönəltdik. Qadının sifəti tamamilə qana boyanmış, göz qapaqları və alnı şişmiş, suluqlamışdı. Görünür, qatil qurbanının bu yerlərini yandırmışdı. Qaş və kirpikdən əsər-əlamət yox idi. Budlarının dərisi soyulmuş, diz qapaqları qopardılmış, sağ əli biləkdən kəsilmişdi. Cəsəd divara tam söykənməmişdi, sanki onunla divar arasında bir maneə vardı. Yoldaşlarımdan biri yavaşca ona toxunanda cəsəd ağzıüstə yerə gəldi və biz dəhşət içində bu maneənin nə olduğunu gördük. Cəsədin beli yarılmış və oraya biləkdən kəsilmiş insan əli yerləşdirilmişdi..."
Abaddon
Abaddon
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023508 okunma
376 syf.
·
Puan vermedi
Tanrı bizim ruhumuzu büsbütün əhatə edib.
"Hamı gizli, həm də hiss olunacaq qədər aşkar bir qüvvənin daim ona nəzarət etdiyini, onu izlədiyini, heç bir zaman tək buraxmadığını hiss edir, Villi. Ruhumuz gecələrin zülmətində, ən ağır tənhalıqda belə tək olmadığını, onunla daim birgə olan varlığın isti və mehriban nəfəsini hiss edir. Hamı yatanda belə O yatmır. Həmişə... Eşidirsən, Villi? Həmişə bizimlə bərabər olan biri var. Tanrı bizdən ayrı deyil. O, bizim ruhumuzu büsbütün əhatə edib." Uzun zamandır oxumaq istəyib, fürsət tapa bilmədiyim kitabın təsadüfən bu səhifəsi açıldı. Tam da ehtiyacım olduğu zamanlarda nöqtə atışı, sanki suallarıma cavab olan bu kəlmələri yəqin ki, yazıçı da həyatında bir fırtınadan çıxandan sonra təcrübə edib yazıb. Hürufilərin dedikləri ilə səslənən bu fikir-"Tanrı bizim içimizdədir" - məni həyata təkrar bağladı. Həqiqətən Tanrını niyə daim göylərdə məskunlaşan və qorxulması lazım gələn varlıq deyə təsəvvür edirik ki?! O bizi sevir, bizə şah damarımızdan daha yaxındır. Nə xoş Tanrını sevərək ibadət edənlərə...
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
10/10 puan verdi
·
10 günde okudu
Kaş ki,daha öncədən bu kitabı oxumuş olsaydım... Roman Rövşən Abdullaoğlunun oxuduğum ilk əsəridir.Əsəri oxuduqca sözlərlə ifadə edə bilməyəcəyim həm ağrılı,həm xoş hisslər keçirdim.22illik həyatımda yaşadıqlarımdan bir parça tapdım bu kitabda.Özümə qarşı etdiyim haqsızlıqlar məni çox düşündürdü.Bir vaxtlar həyata,dünyaya,insanlara qarşı başqa cür düşünən mən,bu kitabı oxuyub bitirməklə sanki fərqli biri oldum.Həyata Visam kimilərin gözü ilə baxmağı öyrəndim.Anladım ki,bu həyatda yaşadığımız heç nə,tanışdığımız heç kim təsadüf deyil.Bunlar olmalı imiş deyə olub. Həqiqətən əlimdə şans olsaydı qapı qapı gəzib hər kəsin bu kitabı oxumağını istəyərdim.Bəlkə də bu əsər həyatdan tamamilə əlini üzmüş,zərrə ümidi qalmayanlara bir işıq olardı düşüncəsi ilə
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
·
Puan vermedi
9/10
Azərbaycan yazıçılarının əsərlərini elə də bəyənəcəyimi düşünməzdim. Bu hissədə qınaya bilərsiz, ən azından artıq elə deyil. Öz üslubu olan və çox da xoşuma gələn bir yazıçı artıq tanıyıram. Digər əsərlərini də mütləq oxuyacağam. Kitabın dili rahatdır, asanlıqla oxumaq mümkündür. Kitabı oxuyarkən 2 hekayəyə rast gəlirsiniz. Hekayələrin bir-biri ilə necə əlaqənəcəyi maraqlıdır. Bundan əlavə, kitablar və yazıçılar haqqında mübahisəni oxumaq çox xoşuma gəlmişdi. Yazıçıların həyatı haqqında araşdırmaq istəyirəm, oxuyanda "belə insanlarmış?" deyə bir reaksiya verdim. Bu haqqda məlumatsız qalmaq istəmərəm... Spoiler verməmək üçün geniş məlumat verə bilmərəm. Əsər 2 gəncin relslər üzərində uzanıb ölümü gözləyərək başlayır. Ölüm hökmünü verən qatarı gözləyənə qədər söhbət edirlər. Bu iki gəncin həyat hekayələri relslərlə başlayıb və o şəkildə bitirmək istəyirlər...Əmin haqqında danışmasam olmaz. Ən sevdiyim obraz oldu, sevgisinə sahib çıxması, daim sevdiklərinin yanında olması, cəsarəti və saymadığım digər xüsusiyyətlər. Əmin kimi birisini tanımaq istəyərdim doğrusu. Yazıçının əsərində fəlsəfə, din, psixologiya, tarix, mədəniyyət və.s mövzularda dəqiq məlumat verməsi əsəri daha yaxşı edirdi. Ölüm, həyat, müharibə, çarəsizlik kimi mövzuları həssaslıqla oxucuya çatdırıb. Müharibədə əziyyət çəkən ailənin, xüsusən də qadın və uşaqların çəkdiyi əzablar insana təsir edir. Adriananın həyatı tam olaraq nümunədir...
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,034 okunma
Reklam
·
Puan vermedi
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. R
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023508 okunma
376 syf.
·
Puan vermedi
Oxudugum mukemmel kitablar seriyasindan. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
184 syf.
8/10 puan verdi
İnsan hər şeyi, kitab isə insanı dəyişir)
Yazarın ikinci oxuduğum kitabıdır. Açığı şəxsi inkişaf kitabları mənim üçün sıxıcı və darıxdırıcı olur və çox gec bitirirəm. Ancaq kitabı bəyəndim düşünürəm ki, kitabda yazılanları həyatımda tətbiq etsəm işlərimdə uğurlu olacam) ~Xoş mütaliələr ︎︎
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan Hökmdardır
Hər Bir İnsan HökmdardırRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202166 okunma
376 syf.
10/10 puan verdi
·
9 günde okudu
Rövşən Abdullaoğlunun ilk qələmi ilə
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
romanı vasitəsilə tanış oldum. Çox bəyənmişdim. Ardınca bu əsəri oxumaq qərara gəldim. Yaxşı ki də oxudum. Hətta deyərdim bir az gecikmişəm. Hər iki əsər mənə çox gözəl, dərin hisslər yaşatdı. Bu əsərdə həyatı daha dərindən qavramağa, bugünə qədər yaşadıqlarımızın pərdəarxasını görməyə çalışmağı öyrədir. Oxuduğum əsərlər içərisində bu iki kitab digərlərindən fərqi ondadır ki, bizə nəinki söz ehiyatımızı, dünyagörüşümüzü zəginləşdirir, hətta bizim dəyərli bir varlıq olduğumuzu bizə aşılayır.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
Reklam
376 syf.
6/10 puan verdi
·
20 günde okudu
"Bu şəhərdə kimsə yoxdur ?!"
Bu şəhərdə kimsə yoxdur ?! Məncə var. Bu şəhər bir-birindən gözəl insanlarla doludur. Sadəcə ətrafımıza baxmalıyıq, yeni insanlar tanımalıyıq. Hər birimizin həyatını dəyişəcək bir mələk mütləq olacaqdır. Bu bəzən bir insan olar bəzən də bir kitab. Biz Visamdan nə olursa olsun pozitif olmağı həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrənirik. Visamın Villiyə öyrətdiyi ən əsas şeylərdən biri də bizim sevinmək üçün xoşbəxt olmağımız üçün hər zaman bir səbəbimiz var. Sevdiklərimizin qədrini vaxtında bilməliyik necə ki Helen öz qayğısını oğlu Villidən əsirgədi və bir ömür peşmanlıqla yaşayıb öldü. Biz Visamın və ailəsinin timsalınnda insanın bir inanca necə sadiq qala biləcəyini gördük. Qazi Bədr öz doğru bildiyi yolda oğlunu qurban verdi. Heç nəyə zahirə əsasən hökm vermək olmaz. İnsanları insan edən onların dinləri və məzhəbləri deyil mənəviyyatlarıdır. Həyata ümidlə baxdığımız anda həyat bizim üçün yeni qapılar açacaq. Amma İnsan bağlı qapılara o qədər baxır ki üzünə açılmış qapıları görmür. Visam kimi acınacaqlı bir həyat yaşamış xəstə bir gənc həyata bu qədər nikbin baxarkən xırda problemlərimizə görə bizim bu qədər üsyan etməyə sizcə haqqımız varmı?
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
·
Puan vermedi
Kitab iki şəxsin bir-birini tanımasıyla onlardan birinin həyatının 180° dəyişməsi ilə bağlıdır. Əslində hər ikisinin həyatında çətinliklər olur. Hamıda olduğu kimi.. Məsələ isə bu probkrmlərə necə münasibət bəsləməkdədir. Çox sevdiyim kitablardandır, tövsiyə edirəm
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,034 okunma
336 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bizdən başqa heç kəs.
Tariximizin qanlı səhifəsində 'bizdən başqa heç kəs' yanımızda olmadı. Həyatı sorğuladacaq bir kitabdır. Oxuduqdan sonra boş divara baxıb, göz yaşlarıma hakim ola bilmədim.. Mövzu I Qarabağ müharibəsi.
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0127 okunma
376 syf.
10/10 puan verdi
·
7 günde okudu
Sonunda bu mənalı, anlamlı kitabı böyük məmnuniyyətlə oxuyub bitirdim. Minnətdarlıq bildirmək istəyirəm yazıçıya bu möhtəşəm əsərə görə. İndiyə kimi ruhlandırıcı mövzuda oxuduğum ən mənalı kitabdır. Mənalı, təsiredici məqamları alıntı olaraq paylaşmışam və hətta elə məqamlar var ki, qəlbən razılaşıb paylaşmadığım. Visamı və Villini sanki gerçəkdən tanımış oldum və onun mesaj kimi məsləhət və tövsiyələri ayrıca qeyd etmək istərdim. Dərin düşünən biri üçün çox təsirli bir hekayədir. Sonda elə bu əsərdən bir cümlə ilə rəyimi sonlandırmaq istərdim. "Villi, özünü xoşbəxt hiss etməyin üçün sənə 10 saniyə yetər."
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
399 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.