Rövşən Abdullaoğlu

Rövşən Abdullaoğlu

9.7/10
21 Kişi
·
30
Okunma
·
9
Beğeni
·
386
Gösterim
Adı:
Rövşən Abdullaoğlu
Unvan:
Azerbaycanlı Yazar, Filozof-Oryantalist, Psikolog
Doğum:
Bakü, Azerbaycan, 28 Eylül 1978
Rövşen Abdullaoğlu (tam adı: Rövşen Abdulla oğlu Abdullayev; d. 28 Eylül 1978. Bakü, Azerbaycan SSR) - Azerbaycanlı yazar, filozof-oryantalist, psikolog.

Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür.

Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur.

Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini biliyor.
Saxta danışa bilərsiniz, saxta gülə bilərsiniz, ancaq saxta baxa bilməzsiniz. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...
-İnsan neyi bilmiyor ve en çok neye inanmıyor?
-Kendi gücünün ne kadar çok olduğuna
-Ben bu insanları hiç anlamıyorum-dedi bir melek.
-İnsanları anlamak için yalnız insan olmalısın.İnsanın kendini anlaması için kim olduğunu anlaması mutlaktır.Kendi yerini kaybetmiş insan tüm hayatı boyu yalnızlığa ve ızdıraplara mahkumdurç
-İnsan kendisi ile samimi değil.Bunun için kendini anlamamasından şikayetlenmemeli...
Çoxları cəsarətsizlikləri səbəbilə etmədikləri hərəkətlərə görə əvəz ödəməli olurlar...
Biz dərdimizi kitablara danışa bilərik, onlardan məsləhət almaq mümkündür. Onlar bizi keçmişə qaytara, itirdiklərimizi geri verə gələcəyimizi qura bilərlər...
İnsanlar akılları ile değil,hissleri ile yaşamak istiyorlar.Hislerle yaşamak mümkün olmaylnca da ızdırap çekiyorlar
Bu şəhərdə kimsə yoxdur!İnsanlarla dolu kimi görünür,ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur.Səni anlayacaq,yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur
Əgər hər şey belə bitəcəkdisə,sonunda məni tərk edəcəkdilərsə onda məni niyə dünyaya tirdilər?!İnsanlar əgər övladlarına öz məhəbbətlərini verməcəklərsə ,sonunda onları atacaqlarsa,onda uşaqlar onların nəyinə lazımdır?!Əvvəldən dünyaya gəlməsəydim,bu qədər acıları da yaşamazdım!Necə də böyük bir ədalətsizlikdir!
Etiraf edim ki,Villinin Visam ilə tanış olmasına qədərki hadisələri oxuyanda ürəyim sıxıldı.Bəlkə də melanxolik Villinin daxili əzabları,düşündüyü şeylər,keçirdiyi hisslər məndə mənfi hisslər yaratsa da Visam adlı xərçəng xəstəsini ilə tanış olması və Visamın ona aşılamağa çalışdığı həyat eşqini oxuduqca əsər maraqlı gəlməyə başladı.Kitab alıntılar ilə zəngindir.Psixoloji roman olması da onu alıntıların zəngin olmasına əsas qılır.Kitab insana bir neçə şey təbliğ edir:hər bir yaşayan insanın (hətta ömrünün son günlərində olsa belə )ömrünü səmərəli keçirməsi,sevdiyini,darıxdığını,demək istədiyi insana elə vaxtındaca deməsini,və s.Kitab hər insanın, hətta,qəlbi daşlaşmış ,dünyadan soyumuş insanların belə sevgiyə möhtac olduğunu göstərir.Burada bəzi dini məqamlara da toxunulur.Kitaba qiymət versək,bu kitabın xoşuma gəldiyini deyə bilərəm.Yəqin ki, R.Abdullaoğlunun digər kitablarından da oxuyacağam...
Əfsanə kitabdı, hər cümləsində nəsə öyrədir. Ağac kimi baxsaq bu kitaba əsas boy atmağı hədəf seçsə də, ətraf budaqların inkişafını da nəzərdən qaçırmayıb. Oxuduqlarım arasında ilk 5yə daxildi, məndə imzalısı olmasının yerini isə heç nə verməz
Qeyd edim ki, yazıçının yaradıcılığı ilə tanış deyildim, ilk dəfə bu romanla tanışlıq fürsəti yarandı.
Mart ayında tənqidçi, esseist Əsəd Cahangirin müsahibələrindən birində roman haqqında dediyi bir fikrə rastlamışdım: "Rövşənin "Bu şəhərdə kimsə yoxdur” romanından ancaq 20 səhifə oxuya bildim, sonra gördüm ki, özümü boşuna yoruram. Çünki mətn mənə heç bir psixoloji impuls, heç bir intellektual informasiya ötürmürdü. Elə bil ki, bər-bəzəkli süfrədə, bahalı qabda duzsuz xörək yeyirdim. O 20 səhifəni də özümü məcbur edib oxudum ki, görüm axı nə var bu kitabda. Elə bir şey görmədim". Bu fikir diqqətimdə qalmışdı, romanı əldə edib oxuyanda qarşılaşdırma edəcəkdim.
Ola bilər ki, əsər hər oxucuya fərqli təsir etsin. Gördüyümüz kimi ilk 20 səhifədən sonra kənara qoyanlar da olub. Bu cəhətdən razıyam ki, intellektual informasiya alınması baxımından roman yetərlilik daşımır. Ancaq bunu da nəzərə almaq lazımdır ki, əsər geniş oxucu kütləsi üçün yazılmış, sadə dildə, hər kəsin başa düşəcəyi tərzdə çatdırılmağa çalışılmış bir motivasiya romanıdır. Bununla yanaşı bu o demək deyil ki, əsərdə psixoloji biliklərdən istifadə edilməmişdir, təbii ki, edilmişdir, həm də zövqlə seçilərək, lakin insan ruhunun ən dərin qatlarına enmək kimi missiyanı romanda hiss edə bilmədim. Nümunə gətirsəm, məsələn, "Karamazov qardaşları" romanından aldığım təsirlə müqayisə edə bilmərəm, mümkünsüzdür. Ola bilər, bu, müəllifin gənc yaşda olması ilə də bağlı olsun. Dori Lessinqin dediyi kimi, "20-30 yaşlarında sizi sıxan bir kitab, 40 ya da, 50 yaşlarınızda sizə yeni bir qapı aça bilər", fikrini əsərlərin hansı yaşda yazılmasına aid olmasını da düşünməliyik bəlkə.
Müəllifin özünün dediyi kimi, onun əsas məqsədi bir motivasiya ustası kimi, əsər insanlara həyat strategiyasını, etdikləri yanlışlıqlarını daha yaxşı göstərəcək, fərdi inkişaf və insanı uğura, özünü müsbətə dəyişməyə stimul verəcəkdir. Bu mənada müəllif işinin öhdəsindən gəlməyi bacarmış, uğurlu bir addım atmaöa nail olmuşdur. Nəzərə alsaq ki, ölkədə cəmiyyət içində, xüsusən də gənclərdə ruhsuzluq müşahidə olunmaqdadır, belə bir romanla ruhdan düşmüş insanlara qarşı, yeni yol seçib hərəkət etmək, keçmişi qəbul edib gələcəyə ümidlə baxmaq kimi təsirlərə nail olmaq mümkündür, nəinki mümkündür, hətta romanın bir neçə dəfə nəşr olunması, çox oxunması artıq bu dediklərimdə öz təsdiqini tapmışdır.
Müəllifin romanda qabartdığı və mənim də çox marağında olduğum mühüm məsələlərdən biri də insanın özünü tanımağa cəhd etməsi məsələsi idi. Bu çox xoşuma gəldi. Bütövlükdə, roman faydalı romandır. Rövşən bəyə gələcək yaradıcılıq fəaliyyətində uğurlar diləyirəm!
Əsərdən ən bəyəndiyim sitat:
"Villi, özünü həyatda xoşbəxt hiss etməyin üçün sənə 10 saniyə yetər"...
Mən bu müddəti 5 saniyə bilirdim)
Bu kitabı oxuyanda anladım ki, insan 200dən çox sümükdən ibarətdisə, 2000dən də çox hissdən ibarətdi. Və müharibədə həmişə ən böyük zərbə qadınlara və uşaqlara dəyir. "Kaliforniya qalstuku"nu isə unutmaq mümkün deyil.. Sadəcə, möhtəşəm kitabdı
Kitab axıcılığı ilə diqqəti cəlb edir. Əsasən də hər hansı bir mövzu ətrafında bir neçə insanın müzakirələri gözəl təsvir edilib. Bunlara din haqqında, ədəbiyyat haqqında, insan psixologiyası haqqında müzakirələri aid etmək olar. Kitabda həmçinin insana "wow" dedirdəcək hissələr də var, amma onları əvvəldən bilmək olur)). Həmçinin kitabda Bosniya həqiqətləri də oxucuya ustalıqla təqdim olunub.

Yazarın biyografisi

Adı:
Rövşən Abdullaoğlu
Unvan:
Azerbaycanlı Yazar, Filozof-Oryantalist, Psikolog
Doğum:
Bakü, Azerbaycan, 28 Eylül 1978
Rövşen Abdullaoğlu (tam adı: Rövşen Abdulla oğlu Abdullayev; d. 28 Eylül 1978. Bakü, Azerbaycan SSR) - Azerbaycanlı yazar, filozof-oryantalist, psikolog.

Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür.

Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur.

Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini biliyor.

Yazar istatistikleri

  • 9 okur beğendi.
  • 30 okur okudu.
  • 6 okur okuyor.
  • 18 okur okuyacak.
  • 1 okur yarım bıraktı.